Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda işdən çıxan baş həkimin meyit tapıldı

Bakıda işdən çıxan baş həkimin meyit tapıldı

KRİMİNAL

594

17.09.2020, 19:47

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

oxu24.com  xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb. Orada aşkarlanan 1952-ci il təvəllüdlü Məmmədov Taryel Həmzə oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, vəfat edən şəxs həkimdir və 3 il əvvələdək Nizami rayonu ərazisində yerləşən poliklinikanın baş həkimi olub. 3 il əvvəl isə o, təqaüdə çıxıb.

Araşdırma aparılır.