Qaynar xətt:

(+99450) 247 90 86

28 nəfər ildırım vurduqdan sonra öldü

28 nəfər ildırım vurduqdan sonra öldü

KRİMİNAL

632

16.09.2020, 20:13

Hindistanın Uttar Pradeş və Bihar əyalətlərində şimşək çaxması zamanı ildırım vurması nəticəsində 28 nəfərin öldüyü bildirilib.

Meteorologiya Departamenti xəbərdarlıq edib ki, yağışlı hava şəraitinin daha 3-4 gün davam edəcəyi gözlənilir.

Bihar və Uttar Pradeş əyalətlərində cütçülər, fəhlələr və çobanlar daxil olmaqla 400-dən çox insan mart-iyul ayları arasında ildırımdan ölüb.

Cənubi Asiyada iyun-sentyabr aylarında təsirli olan musson yağışları hər il geniş miqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.

Hindistanda hər il ildırım vurması nəticəsində təxminən 2000 nəfər ölür.