Qaynar xətt:

(+99450) 247 90 86

Goranboyda yol-nəqliyyat hadisəsi olub — Ata və oğul xəsarət alıb

Goranboyda yol-nəqliyyat hadisəsi olub — Ata və oğul xəsarət alıb

KRİMİNAL

470

13.09.2020, 23:53

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Oxu24.com" report-a istinadən xəbər verir ki, hadisə rayonun Xanqərvənd - Tərtər yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil motosikletlə toqquşması nəticəsində, motosikletdə olan, 1978-ci il təvəllüdlü Aftandil Teymurov və 2005-ci il təvəllüdlü oğlu Amil xəsarət alıblar.

Hər ikisi xəstəxanaya aparılıb. Onların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.