Villanın zirzəmisindən 350 kiloqram qızıl tapıldı
20 May 2026, 22:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
812
13.09.2020, 10:59
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik Eldar Mahmudovun adamı növbəti dəfə hakim qarşısına çıxarılıb. O, şərti cəza alaraq həbsdən buraxılıb.
Oxu24.com musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən Sahib Ağayev şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, məhkəmə prosesləri əsas gətirilmədən qapalı keçirildiyindən məhkəmənin gedişatı ilə bağlı ətraflı məlumat əldə etməkmümkün olmayıb.
Amma bundan əvvəl cinayət işi ilə bağlı bir sıra məlumatlar dərc edilib. Belə ki, iş üzrə zərərçəkmiş tərəflər Vergilər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir.
S.Ağayev Eldar Mahmudovun şəriki, sabiq nazirin milyonlarına nəzarət etmiş şəxs olub.
İttihama görə, Sahib Ağayevin rəhbərlik etdiyi şirkət 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin istəyi ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi avadanlıqların gətirilməsi və həmin sistemin qurulmasını həyata keçiribmiş.
İmzalanmış müqavilə şişirdilərək 90 milyon göstərilib. Bu məbləğin 30 milyon manatı Sahib Ağayevin xarici şirkətinin hesabına köçürülüb.
Qeyd edək ki, haqqında danışılan müqavilə Maliyyə Naziriliyi ilə “Main İnvestment LTD” arasında razılaşdırılıb. 90 milyon MTN-nin büdcəsinə yatırılıb. Bu məbləğin 30 milyonu Dominikan Respublikasındakı şirkətlərdən birinin bank hesabına köçürülüb. Oradan isə Eldar Mahmudovun oğlu Anar Mahmudovun Latviyanın paytaxtı Riqa şəhərindəki şirkətlərindən birinin hesabına köçürülüb.
Külli miqdarda mənimsəmədə və vergidən yayınmaqda təqsirləndirilən Sahib Ağayev barəsində olan cinayət işində şahid qismində Eldar Mahmudov da dindirilib. Eldar Mahmudovun ifadəsi saytda dərc edilib.
00:59 / 21 May 2026
1
00:33 / 21 May 2026
30
23:47 / 20 May 2026
62
23:36 / 20 May 2026
52
23:16 / 20 May 2026
181
22:52 / 20 May 2026
154
22:49 / 20 May 2026
58
22:39 / 20 May 2026
69
22:28 / 20 May 2026
64
22:25 / 20 May 2026
56
22:19 / 20 May 2026
64
22:14 / 20 May 2026
158
22:10 / 20 May 2026
212
22:08 / 20 May 2026
254
22:05 / 20 May 2026
62
22:03 / 20 May 2026
83
22:02 / 20 May 2026
69
22:00 / 20 May 2026
64
21:57 / 20 May 2026
59
21:53 / 20 May 2026
74
21:52 / 20 May 2026
585
21:42 / 20 May 2026
254
21:39 / 20 May 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.