Neftçalada kanalda meyit tapılıb
16 Noyabr 2026, 12:16
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2038
12.09.2020, 22:35
Respublikanın daxili işlər orqanları tərəfindən qara bazarda dəyəri 8 milyon manat olan 86 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 12-də həyata keçirilən növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.
Belə ki, Baş İdarə əməkdaşlarının əldə etdikləri məlumat əsasında Qaradağ rayonu ərazisində keçirdikləri əməliyyat zamanı paytaxt sakini Adil Eyvazov və Cəlilabad rayon sakini Xəyal Quliyev saxlanılıblar. Adil Eyvazovun idarə etdiyi “Ravon” markalı avtomobilin yük yerinə baxış zamanı bağlamalarda ümumi çəkisi 86 kiloqramdan artıq olan narkotik vasitə və psixotrop maddə, o cümlədən 61 kiloqrama yaxın heroin, 10 kiloqramdan artıq tiryək və 15 kiloqram 299 qram metamfetamin aşkar olunaraq götürülüb.
Qeyd edək ki, aşkar edilən həmin narkotik vasitə və psixotrop maddələrin qara bazarda qiyməti təxminən 8 milyon manatdır.
Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər şəxsiyyəti istintaqa məlum olmayan “Milad” adlı qonşu dövlətlərdən birinin vətəndaşının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddəni Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində gizlədilən yerdə qəbul ediblər. Xəyal Quliyev və Adil Eyvazov narkotikləri Bakı şəhərində satışını təşkil etmək məqsədi ilə götürüb paytaxt istiqamətində hərəkət edən zaman Baş İdarə əməkdaşları tərəfindən tutulublar.
Sorğu zamanı Xəyal Quliyev və Adil Eyvazov bir müddət əvvəl də həmin şəxsin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərdiyi 10 kiloqramdan artıq narkotik vasitəni qəbul etdiklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Adil Eyvazov və Xəyal Quliyev tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
17:01 / 16 Noyabr 2026
1
16:55 / 16 Noyabr 2026
26
16:52 / 16 Noyabr 2026
42
16:50 / 16 Noyabr 2026
44
16:33 / 16 Noyabr 2026
68
16:25 / 16 Noyabr 2026
100
16:17 / 16 Noyabr 2026
80
16:12 / 16 Noyabr 2026
111
16:08 / 16 Noyabr 2026
108
15:45 / 16 Noyabr 2026
77
15:18 / 16 Noyabr 2026
111
15:00 / 16 Noyabr 2026
108
14:30 / 16 Noyabr 2026
348
14:24 / 16 Noyabr 2026
116
14:19 / 16 Noyabr 2026
159
14:14 / 16 Noyabr 2026
121
14:10 / 16 Noyabr 2026
178
14:05 / 16 Noyabr 2026
129
14:00 / 16 Noyabr 2026
126
13:51 / 16 Noyabr 2026
162
13:47 / 16 Noyabr 2026
685
13:41 / 16 Noyabr 2026
142
13:40 / 16 Noyabr 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.