Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var

Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü, yaralılar var

KRİMİNAL

960

26.05.2020, 10:19

Qardağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub. 

Oxu24.com  "Report"a istinadən xəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı "Saipa"nın sürcüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüblər. 

Yaralılar:
1984-cü il təvəllüdlü Ramil Gülhəsən oğlu Əliyev
1991-ci il təvəllüdlü Azər Mürvət oğlu Musazadə 

Yaralılar Bakıdakı xəstəxanalardan birinə çatdırılıb.