Anasını yandıran şəxsə hökm oxundu
26 Oktyabr 2026, 23:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1031
28.04.2020, 19:29
Valideynləri tərəfindən azyaşlı uşağa spirtli içkinin içirilməsi ilə bağlı video yayılıb. Sözügedən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məsələni ictimailəşdirərək uşağın valideynlərini tənqid edib. Birlik sədri bildirib ki, videonun sosial şəbəkələrdə sürətlə yayıldığını görən ailə ona hədə-qorxu gəlib:
“Video artıq dünəndən sosial şəbəkələrdə yayılmışdı, mən uşağın üzünü bağlayaraq bunu ictimaiyyətin diqqətinə çatdırdım. Məsələni ictimailəşdirməkdə məqsədim valideynləri xəbərdar etmək idi. Bu cür davranışlar nəinki uşaq tərbiyəsinə ziddir, həm də sağlamlığına ziyandır. Sonra uşaqlar bu vərdişlərə alışa bilər.
Uşağın qohumları zəng edib xahiş etdilər ki, videonu silim. Razılaşmadım, çünki onun üzü bağlı idi. Ümid edirəm ki, yayılan görüntülər bu tip ailələrə dərs olacaq. Uşaq sadacə sizə aid deyil, onun təlim-tərbiyəsinə dövlət də nəzarət edir. O baxımdan lazımi cəzanı almalısınız. İnzibati cəza tətbiq oluna bilər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi buna nəzarət etməlidir, həmin rayonun icra nümayəndəsi, İcra Hakimiyyəti yanında uşaq hüquqlarının müdafiəsi komissiyası da buna dərhal reaksiya verməlidir.
Mənə özünü baba kimi təqdim edən şəxs zəng edib “Sənin bir böyüyün yoxdur ki, danışaq” dedi. Əlbəttə ki, mənim böyüyüm var və o, dövlətimdir. Bu uşağın da böyüyü dövlətdir. O insana başa salmağa çalışdım ki, mənə hədə-qorxu gəlməklə deyil. Siz səhv etmisiniz, əgər şərəfinizi qoruyub saxlamaq istəyirsinizsə, uşağa bu şərəfsizliyi öyrətmək lazım deyil. Video yayıldıqdan sonra onlar uşağa qazlı su verdiyini iddia etdi. Hər halda önəmli deyil, bu yolla uşağın vərdişləri formalaşır. Ona qazlı su da, boş stəkan da verə bilərsiniz, amma uşaq görüntülərdə yandırır deyirsə, demək ki, bunları davamlı olaraq kef məclislərində görür. Dövlət qurumları belə valideynlərin verdiyi təlim-tərbiyəyə nəzarət etməlidir”
00:42 / 27 Oktyabr 2026
1
00:00 / 27 Oktyabr 2026
41
23:43 / 26 Oktyabr 2026
77
23:30 / 26 Oktyabr 2026
65
23:16 / 26 Oktyabr 2026
79
23:08 / 26 Oktyabr 2026
67
22:58 / 26 Oktyabr 2026
78
22:56 / 26 Oktyabr 2026
79
22:51 / 26 Oktyabr 2026
64
22:34 / 26 Oktyabr 2026
322
22:30 / 26 Oktyabr 2026
78
22:11 / 26 Oktyabr 2026
81
22:11 / 26 Oktyabr 2026
72
22:04 / 26 Oktyabr 2026
90
22:02 / 26 Oktyabr 2026
83
21:58 / 26 Oktyabr 2026
72
21:53 / 26 Oktyabr 2026
182
21:44 / 26 Oktyabr 2026
76
21:32 / 26 Oktyabr 2026
78
21:30 / 26 Oktyabr 2026
78
21:05 / 26 Oktyabr 2026
1333
21:02 / 26 Oktyabr 2026
89
20:56 / 26 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.