10 ay ərzində narkotiklə bağlı 4731 nəfər tutulub, 60-ı əcnəbidir
19 Noyabr 2026, 17:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
961
15.04.2020, 09:53
Hacıqabulda postda polisi qəsdən avtomobillə vuran şəxslə bağlı cinayət işi başlanılıb
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, aprelin 14-də saat 12 radələrində Tərtər rayon sakini Elşad Məmmədov idarə etdiyi “Mercedes-Benz” markalı, 10-OO-018 dövlət nömrə nişanlı avtomobillə Hacıqabul rayonu ərazisində xüsusi karantin rejimi ilə əlaqədar quraşdırılmış stasionar polis postunda xidmətdə olan polis nəfərinin avtomobili saxlamasına dair qanuni tələbinə məhəl qoymayaraq yüksək surətlə hərəkətini davam etdirib onu qəsdən vurub xəsarət yetirib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Araşdırmalarla həmçinin, avtomobildə olan sərnişinlər – Natiq Hüseynzadə və Anar Fətəliyev tərəfindən də xüsusi karantin rejiminin tələblərinin kobud pozuntusu halları müəyyən edilib.
Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Elşad Məmmədov, Natiq Hüseynzadə və Anar Fətəliyev tutularaq istintaqa cəlb olunublar.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
19:55 / 19 Noyabr 2026
14
19:53 / 19 Noyabr 2026
4
19:30 / 19 Noyabr 2026
61
19:10 / 19 Noyabr 2026
379
19:05 / 19 Noyabr 2026
76
18:55 / 19 Noyabr 2026
88
18:50 / 19 Noyabr 2026
126
18:07 / 19 Noyabr 2026
256
17:58 / 19 Noyabr 2026
110
17:50 / 19 Noyabr 2026
96
17:47 / 19 Noyabr 2026
404
17:45 / 19 Noyabr 2026
112
17:41 / 19 Noyabr 2026
99
17:34 / 19 Noyabr 2026
102
17:30 / 19 Noyabr 2026
113
17:20 / 19 Noyabr 2026
109
17:15 / 19 Noyabr 2026
110
17:01 / 19 Noyabr 2026
320
16:51 / 19 Noyabr 2026
390
16:50 / 19 Noyabr 2026
148
16:48 / 19 Noyabr 2026
116
16:35 / 19 Noyabr 2026
135
16:29 / 19 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.