Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşət: Rayondan işləməyə gələn iki bacının meyiti tapıldı

Bakıda dəhşət: Rayondan işləməyə gələn iki bacının meyiti tapıldı

KRİMİNAL

2645

15.04.2020, 09:25

Bakıda iki bacı dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə Prospektində yerləşən 34 nömrəli binanın 4 nömrəli mənzilində qeydə alınıb.

Həmin mənzildə kirayə yaşayan 1992-ci il təvəllüdlü Aygün Mustafazadə və onun bacısı 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərlənərək ölüblər.

Araşdırmalar zamanı məlum olub ki, bacılar Qax rayonundan gələrək Bakıda yerləşən şirkətlərin birində reklam agenti işləyiblər.

Faktla bağlı araşdırma aparılır.

Günün təklif  olunan  videosu: