Ağdaşda qəza - 4 nəfər xəsarət aldı
10 Fevral 2026, 21:42
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
694
09.04.2020, 11:04
Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süıeymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin artırılması ilə bağlı məhkəmə qərarından verilən şikayətə baxılıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan iclasda İlkin Süleymanovun müdafiəçisinin verdiyi apelyasiya şikayəti üzrə qərar elan olunub.
Qərara görə, İlkin Süleymanovun vəkilinin verdiyi apelyasiya şikayəti təmin olunmayıb.
Vəkil Nəsimi rayon Məhkəməsinin qərarının ləğv edilməsini, İlkin Süleymanovun həbsdən azad edilməsi barədə verdiyi şikayət vermişdi.
Qeyd edək ki, martın 19-da Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan icasda istintaq orqanını təqdimatı üzrə qərar elan edilib.
Qərara görə, təqdimat təmin olunub və İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 aya qədər artırılıb.
Xatırladaq ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Həmçinin oxuyun
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İlkin Süleymanovun barəsində cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi üzrə istintaq davam edir.
22:34 / 10 Fevral 2026
1
22:28 / 10 Fevral 2026
13
22:27 / 10 Fevral 2026
26
22:24 / 10 Fevral 2026
13
22:22 / 10 Fevral 2026
20
22:20 / 10 Fevral 2026
15
22:16 / 10 Fevral 2026
68
22:14 / 10 Fevral 2026
21
22:09 / 10 Fevral 2026
61
21:55 / 10 Fevral 2026
166
21:42 / 10 Fevral 2026
35
21:24 / 10 Fevral 2026
43
21:19 / 10 Fevral 2026
65
21:17 / 10 Fevral 2026
70
21:12 / 10 Fevral 2026
92
21:09 / 10 Fevral 2026
941
20:59 / 10 Fevral 2026
50
20:53 / 10 Fevral 2026
63
20:48 / 10 Fevral 2026
908
20:34 / 10 Fevral 2026
73
20:32 / 10 Fevral 2026
237
20:22 / 10 Fevral 2026
73
20:05 / 10 Fevral 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.