Qaynar xətt:

(+99450) 247 90 86

\"Qədr gecəsi\"ndə bədbəxt hadisə - 4 gənc yaralandı

KRİMİNAL

1884

08.06.2018, 10:01

\"\" Sumqayıt şəhərində yol qəzası nəticəsində 4 nəfər ağır xəsarət alıb. Oxu24.com  report.az-a istinadən bildirir ki, ötən gecə şəhərin Səməd Vurğun küçəsi ilə Dənizkənarı bulvar istiqamətində hərəkətdə olan avtomobil qarşı tərəfdən gələn digər maşınla toqquşub. Hadisə nəticəsində Sumqayıt şəhər sakini - 1998-ci il təvəllüdlü Əliyev Nahid Zahid oğlu , 1998-ci il təvəllüdlü Məcidov Rövşən İslam oğlu, 2000-ci il təvəllüdlü Tağıyev Kamil Şahin oğlu və 2000-ci il təvəllüdlü Bayramov Fəqan İsmayıl oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Qəzaya düşən gənclər Qədr gecəsi əməllərini yerinə yetirmək üçün məscidə gedirlərmiş. Faktla bağlı araşdırma aparılır.