Dövlət sərhədini pozmağa cəhd edən 3 Əfqanıstan vətəndaşı saxlanılıb - FOTO
27 Oktyabr 2026, 18:46
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
642
06.03.2020, 10:16
Qusar rayonunda qardaşın qardaşı bıçaqlayıb öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Oxu24.com-a Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

Kənan Zeynalov bildirib ki, martın 5-də saat 18 radələrində Qusar rayonunda 1970-ci il təvəllüdlü Raul Orucovun 1972-ci il təvəllüdlü qardaşı Kəmran Orucovu öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İlkin istintaqla Qusar rayon sakini Raul Orucovun aralarında yaranmış mübahisə zamanı qardaşı Kəmran Orucova bıçaqla zərbə yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Raul Orucov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
O, müdafiəçinin iştirakı ilə dindirilərkən qardaşını qəsdən öldürdüyünü etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
19:01 / 27 Oktyabr 2026
8
18:54 / 27 Oktyabr 2026
26
18:49 / 27 Oktyabr 2026
134
18:46 / 27 Oktyabr 2026
28
18:41 / 27 Oktyabr 2026
31
18:34 / 27 Oktyabr 2026
50
18:30 / 27 Oktyabr 2026
65
18:23 / 27 Oktyabr 2026
58
18:20 / 27 Oktyabr 2026
63
18:05 / 27 Oktyabr 2026
112
18:05 / 27 Oktyabr 2026
101
18:02 / 27 Oktyabr 2026
72
18:00 / 27 Oktyabr 2026
69
17:50 / 27 Oktyabr 2026
70
17:33 / 27 Oktyabr 2026
1016
17:29 / 27 Oktyabr 2026
98
17:27 / 27 Oktyabr 2026
145
17:19 / 27 Oktyabr 2026
108
17:16 / 27 Oktyabr 2026
96
17:13 / 27 Oktyabr 2026
92
17:02 / 27 Oktyabr 2026
145
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.