Qaynar xətt:

(+99450) 247 90 86

Astara sakini polisi güllələməklə hədələyib

2018-05/1527325257_tufeng.jpeg

KRİMİNAL

1306

26.05.2018, 13:00

\"\" Astara rayonunda axtarışda olan şəxs saxlanılarkən polisi silahla hədələyib.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Dəyanət Əliyevin saxlanılması istiqamətində yaşadığı Ərçivan qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri zamanı o, tüfənglə əməliyyat qrupunu hədələyıb. Polis əməkdaşlarının çevikliyi sayəsində D.Əliyev tərkisilah edilərək şöbəyə gətirilib. Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş 1 ədəd tüfəng, 3 ədəd patron, həmçinin narkotik vasitə olan heroin və metafetamin aşkar edilərək götürülüb. Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.