Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda şok olay: Biznesmen “bomj” atasının dalınca morqa 150 minlik maşında gəldi

Bakıda şok olay: Biznesmen “bomj” atasının dalınca morqa 150 minlik maşında gəldi

KRİMİNAL

1628

26.05.2018, 12:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Bakıda qəribə hadisə baş verib. Küçədə ölən “bomj”un arxasınca son model “Audi” avtomobilində gəliblər.
Oxu24.com Sputnik.az-a istinadla  xəbər verir ki, mayın 24-də Nərimanov rayonunun 18-ci Polis İdarəsinin ərazisində küçədə yaşayan kimsəsiz şəxsin meyiti tapılıb. Yaşlı “bomj” Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Quliyev Adil İbrahim oğlu olub. Yaşlı kişi “hostel” deyilən yerdə ölüb. Kişi günə 2-3 manat verərək həmin yerdə yaşayırmış. Məlumata görə, Nərimanov rayonunda yaşayan qadın evinin həyətində it damına bənzər kiçik otaqlar tikdirib və həmin otaqları günü 2-3 manat müqabilində “Yaşıl bazar”da işləyənlərə və evsizlərə verir. Həmin evlərdə hətta bomjlar da gecələyirlər.
Hüquq-mühafizə orqanlarının işçiləri deyir ki, bu hostel bir çox insanın son sığınacağı olub. Onları çox zaman buradan Patoloji Anatomiya Birliyinə (morqa) aparılırlar. Quliyev morqa çox pis halda gətirilib. Üst başı çirk içində olub. Hətta iydən cəsədə yaxın düşmək olmayıb. Paltarları meyitin üzərindən çıxarılandan sonra cəsəd yuyulub, daha sonra yarılıb. Müayinələrdən sonra məlum olub ki, bomj qara ciyər serrozundan ölüb. Morq işçilərini heyrətləndirən isə mayın 25-də baş verən səhnə olub. Səhəri gün morqa 150 min manatlıq qiyməti olan “Audi” markalı avtomobil ilə bir kişi gəlib. O, işçilərə özünü təqdim edərək Quliyev Adilin oğlu olduğunu deyib. O, dəfn etmək üçün atasının meyitini aparmağa gəlib. “Audi” sürən imkanlı oğul taleyini işçilərə danışaraq deyib ki, 11 yaşı olanda atası onu uşaq evinə verib. Atası qumar oynayırmış, spirtli içki düşkünüymüş. Bir gün övladlarından da imtina edərək “bomj” həyatını yaşamağa başlayıb. Uşaq evində yaşayan şəxs üçün karyera qurmaq heç də asan deyil. Amma Quliyevin 40 yaşlı oğlu bütün çətinliklərə sinə gələrək biznesdə uğur qazana bilib. Hətta imkanlı oğul morqda olan zaman da telefonları susmayıb. Bu da tale. Quliyev haradan biləydi ki, vaxtilə imtina etdiyi 11 yaşlı oğlu 30 ildən sonra onu son mənzilə yola salacaq…
Prezident: Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir 

16:07 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir 

64

0
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb 

15:57 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb 

64

0
Əzab vermə ilə adi döyülmənin fərqi nədir? – Hüquqda “üç dəfə” meyarı  

15:50 / 06 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Əzab vermə ilə adi döyülmənin fərqi nədir? – Hüquqda “üç dəfə” meyarı  

71

0
Dərman alanlara xəbərdarlıq: Apteklərdə yeni vəziyyət necə olacaq? 

15:44 / 06 Oktyabr 2026

TİBB TİBB

Dərman alanlara xəbərdarlıq: Apteklərdə yeni vəziyyət necə olacaq? 

86

0
Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik? 

15:39 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik? 

77

0
Politoloqdan “3+3” formatı və İranın mövqeyi ilə bağlı VACİB AÇIQLAMA: “Azərbaycan olmadan...”  

15:20 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Politoloqdan “3+3” formatı və İranın mövqeyi ilə bağlı VACİB AÇIQLAMA: “Azərbaycan olmadan...”  

157

0
Ramiz Mehdiyevlə bağlı gizlədilən sirr – Hamı bunu gözləyir 

15:19 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ramiz Mehdiyevlə bağlı gizlədilən sirr – Hamı bunu gözləyir 

168

0
Həmin məlumatı verənləri pul mükafatı gözləyir 

15:16 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Həmin məlumatı verənləri pul mükafatı gözləyir 

248

0
Türkiyə bu ölkəyə ordu yeridir: Savaşa girəcək 

15:05 / 06 Oktyabr 2026

DÜNYA DÜNYA

Türkiyə bu ölkəyə ordu yeridir: Savaşa girəcək 

82

0
Türk əsgərləri 3000 kvadrat metrlik yüksəklikdə  Türkiyə bayrağını açdılar

15:00 / 06 Oktyabr 2026

DÜNYA DÜNYA

Türk əsgərləri 3000 kvadrat metrlik yüksəklikdə  Türkiyə bayrağını açdılar

81

0
Azərbaycanda ötən ay 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb 

14:34 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda ötən ay 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb 

80

0
İran metrosunda şəkli vurulan ermənilər KİMLƏRDİR?

14:24 / 06 Oktyabr 2026

DÜNYA DÜNYA

İran metrosunda şəkli vurulan ermənilər KİMLƏRDİR?

152

0