Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2218
az

Azərbaycanın “İnterpol”a verdiyi biznesmen İstanbulda şirkət açıb - SENSASİON OLAY

10:3426 May, 2018
1098
KRİMİNAL
  • A
 
Azərbaycan hüquq-mühafizə orqanlarının beynəlxalq axtarışa verdiyi və İnterpol xətti ilə axtardığı iş adamı İstanbulda şirkət açıb. Üstəlik, məlum olub ki, İnterpol tərəfindən beynəlxalq axtarışa verilsə də heç kim ondan heç nə soruşmur.

Oxu24.com Virtualaz.org-a istinadən  xəbər verir ki, 45 yaşlı Türkiyə vətəndaşı Burak Bilgili Azərbaycanda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün barəsində qaldırılmış cinayət işi əsasında “İnterpol”a verilib. Buna baxmayaraq həmin şəxs ötən il İstanbul Kadıköydə şirkət açıb. “Sözçü” qəzetinin əməkdaşı şirkətin telefon nömrələrinə zəng vuraraq Burak Bilgili ilə danışıb. “Sizi Azərbaycanda axtarırlar?” - jurnalist ondan soruşub.

 
Burak Bilgili əvvəlcə deyib ki, axtarışa verilən şəxs o deyil, təkcə  ad-soyad eynidir. Amma o, Azərbaycanda bir müddət bizneslə məşğul olduğunu da deyib. Jurnalist İnterpol-un axtarış dosyesindəki digər məlumatların Burak Bilgilinin məlumatları ilə üst-üstə düşdüyünü xatırladanda o, axtarışa verildiyini etiraf edib.

“Necə olur ki, “İnterpol” tərəfindən axtarıldığınız halda İstanbulda şirkət qurub bizneslə məşğul olursunuz?” - jurnalist sual edib. Burak Bilgili bunları deyib: “Azərbaycanda bizneslə məşğul olmuşam. Burada isə məndən heç nə soruşan olmadı”.

Qəzet vurğulayır ki, bu və digər bu kimi faktlar “İnterpol” xətti ilə şübhəlilərin axtarışının nə dərəcədə effektiv qurulduğuna dair suallar yaradır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı