Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2205
az

Əfv edilən qardaşların hekayəsi: Qız qaçırılmasına görə 10 il

21:4725 May, 2018
1355
KRİMİNAL
  • A
 Cümə günü, mayın 25-də, Azərbaycanda İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı imzaladığı əfv sərəncamı icra olunub.

Oxu24.com bu gün azadlığa çıxan 607 məhbusun arasında olan iki qardaşın hekayəsini təqdim edir:

23 yaşlı Sarvan Quliyev üç il altı ay bundan əvvəl ata xətti ilə öz qohumunu sevib. Qızın adı etik normalara görə açıqlanmır. Qızın da Sarvana qarşı hissi var idi. Lakin qızın atası evliliklə bağlı təklifləri qəti şəkildə qəbul etmirdi.

Bundan sonra Sarvan və qız qaçış planını hazırlayıblar. Sarvana bu işdə onun böyük qardaşı Sənan Quliyev kömək edirdi.

Qardaşlar Sənanın şəxsi avtomobilində qızın gözlədiyi yerə gəliblər. Onu maşına əyləşdirəndən sonra naməlum istiqamətə sürüblər.

Hadisədən dərhal sonra qızın atası polisə müraciət edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qardaşları saxlamaq mümkün olub. Qız ailəsinə geri qaytarılıb.

Məhkəmənin qərarı ilə qardaşların hər birinə 10 il altı ay həbs cəzası verilib.

Bu xəbəri eşidən qız yenidən ata evindən qaçıb. O, Sarvanın anası ilə yaşamağı qərara alıb. Qızın valideynlərinin onu evə qaytarmaq üçün əllərindən gələni etmələrinə baxmayaraq, o, geri qayıtmadı.

Qardaşlar Qaradağ Rayonu 12 saylı cəzaçəkməm müəssisəsinə yerləşdiriliblər. Əfv siyahısına düşməzdən əvvəl onlar 3 il altı ay cəza çəkiblər. Ötən gün isə onların kamerasının qapısı açılır və həbsxana əməkdaşları Sənan və Sarvan qardaşlarına Azərbaycan prezidenti İlham Əliyev tərəfindən əfv edilmələrinə dair məlumat verilib.

Və budur, cümə günü onları həbsxananın qarşısında valideynləri və Sarvanın sevdiyi qız gözləyir.

“Bunu heç kim gözləmirdi. Mən bilirdim ki, o məni gözləyəcək, hətta cəzanın bütöv müddətdə çəksəydim belə. Siz təsəvvür edə bilməzsiz, necə xoşbəxtəm. Mənə görə, böyük qardaşım da əziyyət çəkirdi. Anamın göz yaşları bu üç il altı ay ərzində qurumayıb.

Mən heç kimə qanuna zidd iş görməyi məsləhət görmürəm. Bu sizin həyatınızı sındıra bilər.

Rayona qayıdan kimi, böyük toy edəcəyik. Azərbaycan prezidenti İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya bizə yenidən şans verdikləri üçün dərin təşəkkürümü bildirirəm”, Sarvan Quliyev göz yaşları içində deyib.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı