Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli qəza: Ölən var

2020/01/04/1578120457_1578119804953_vvpdopv1.jpg

KRİMİNAL

683

04.01.2020, 10:47

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonundan keçən hissəsində qeydə alınıb. 99 GH 604 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 99 EK 013 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilə çırpılıb. Nəticədə həmin vaxt “Opel”in arxa tərəfində dayanmış sürücüsü aldığı xəsarətdən ölüb. Faktla bağlı araşdırma aparılır.