Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda sürücü qəza törədib hadisə yerindən qaçdı - ANBAAN VİDEO

2020/01/04/1578117423_qeza_1823747856.jpg

KRİMİNAL

843

04.01.2020, 09:55

Bakıda qəza törədib hadisə yerindən yayınan sürücünün görüntüsü qeydə alınıb.
Oxu.Az xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib. Həmin küçədəki yolun sol zolağında hərəkətdə olan 99-NS-805 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü sağa qəfil manevr edərək həmin zolaqda olan avtomobili vurub.
Sürücü dayanıb avtomobildən düşənə kimi, “Opel” markalı avtomobilin sürücüsü hərəkətə başlayaraq hadisə yerindən qaçıb.