Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21865
az

“Tarqovı”da gecə klubu müştəriləri girov saxladı — ŞOK OLAY

19:5302 Yanvar, 2020
812
KRİMİNAL
  • A
Bakının mərkəzində, “Tarqovi” adlanan ərazidə yerləşən “Corona club” müştəriləri girov saxlayıb. Pravda.az-ın xəbərinə görə, bu barədə ictimai fəal Elçin Həsənov məlumat verib. O bildirib ki, buna səbəb müştərilərə təqdim edilən şişirdilmiş hesabın ödənilməməsi olub: “Səhər saat 06:00 olardı. İş yoldaşım telefonu gətirərək “WhatsApp”dakı mesajı oxumağımı istədi. Sms digər iş yoldaşlarımın qrup halında “Tarqovi”da yerləşən “Mojo club”un yaxınlığındakı “Corona club”da girov saxlanmaları ilə bağlı idi. Bunun səbəbi isə hesabın astronomik - 245 AZN olması olub. İş vaxtım bitdikdən sonra iş yoldaşımla birlikdə həmin yerə getdim. Elə qapıda bir nəfərlə qarşılaşdım. Özünü məkanın işlədəni kimi təqdim edən Elvin adlı şəxs bu hesabın niyə yaranmasını mənə guya izah edirdi. Saxta, heç bir VÖEN nömrəsi olmayan kağıza 245 AZN - 7 ədəd kokteyl istifadə edildiyi yazılmışdı. Əraziyə gəlməzdən öncə “102” xidmətinə hadisəni izah edib, hadisə yerinə polis göndərilməsini xahiş etmişdim. İş yoldaşlarım bildirirdilər ki, biz içəri keçəndən sonra klubdakı qızlar masamıza yaxınlaşdı. Qızlar əyləşdikdən sonra, hərəsi bir şey sifariş edirdi. Mən bunları eşidəndə məkan sahibi Elvin bəyə söylədim ki, bu qızlar haradadı? Gəlsin bir açıqlasın görək öz başına niyə sifariş verir? Polis əməkdaşları yaxınlaşdı. Biri baş-leytenant, digəri isə serjant olan polislərə eyni hadisəni danışdım. Sağ olsunlar, onlar məkan sahibinə irad bildirdilər ki, bu nə biabırçı hesabdır? Sonra da mənə dedilər ki, iş yoldaşlarınız niyə belə yerlərə gəlirlər? Bilmirlər ki, belə yerlər çox təhlükəlidir. İş yoldaşarıma Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə yaxınlaşıb ərizə yazmağı təklif etdilər. Dostlarım isə razılaşmadılar. Sonda həmin məkan sahibinə 100 AZN ödəyərək həmin yeri tərk elədik. Bunu yazmaqda məqsədim odur ki, heç kəs o məkana getməsin və ümumiyyətlə, diqqətli olsunlar. Belə fırıldaqçı, dələduz obyektlərə qarşı dövlət qurumları niyə araşdırma aparıb, onları bağlamır?” Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kralın atı qadını ölümcül etdi
17 yaşlı oğlanı qətlə yetirən iki nəfər tutuldu
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Kralın atı qadını ölümcül etdi