Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda dəhşət: Özünü binadan atdı

Sumqayıtda dəhşət: Özünü  binadan atdı

KRİMİNAL

645

02.01.2020, 13:02

Sumqayıt şəhərində intihara cəhd edən məcburi köçkün xəstəxanada dünyasını dəyişib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 40-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı binaların birində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Quluyev Rahil İsmixan oğlu yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Onkoloji xəstə və yeni əməliyyat olunan 51 yaşlı kişi ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.