Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda gözətçini döyərək öldürdülər

2020/01/02/1577955289_1577954685_doy.jpg

KRİMİNAL

1010

02.01.2020, 12:52

Bakı şəhərində qətl törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com -ə verilən məlumata görə, yanvarın 1-də Nərimanov rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində gözətçi işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini H. Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib. Görülmüş tədbirlərlə H. Rəhimli tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.