Qaynar xətt:

(+99450) 247 90 86

Müəllimi polisə verən direktor Təhsil Nazirliyinə çağırıldı

2018-05/1527152846_ze.jpg

KRİMİNAL

907

24.05.2018, 13:07

\"\" Gənc müəllim Həbib Əlizadəni polisə şikayət edən Gəgiran kənd orta məktəbinin direktoru Ziyafəddin Cavadov Təhsil Nazirliyinə çağırılıb.
Oxu24.com  xəbər verir ki, bu barədə məlumatı müəllim sosial şəbəkədə paylaşıb. O bildirib ki, direktorun şikayət əsasında bu gün Lənkəran şəhər Polis Şöbəsində olub: “Şöbədən hər hansı ciddi problem olmadığını və işimə davam edə biləcəyimi bildirdilər. Ümid edirəm elə olacaq”. Qeyd edək ki, direktor müəllimi uşaqları icazəsiz Bakıya ekskursiyaya aparacağı üçün polisə şikayət etmişdi. Müəllim isə cavabında hər şeyin icazəli olduğunu, bu addımın ona qarşı qərəzli şəkildə atıldığını bildirib.