Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2095
az

Sumqayıt hələ belə dələduz görməyib: Bir sifarişlə 2500 manatı..

16:1223 May, 2018
1202
KRİMİNAL
  • A
Dələduzluqla məşğul olub, cinayət məcəlləsinin müvafiq maddələri ilə barəsində axtarış elan edilmiş Bakı şəhər sakini Göygöldə həbs edilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a bildirilib ki, bu ilin yanvarın 6-da Murad Eyvazov Sumqayıt Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək Elbrus adlı şəxsin ondan ərzaq məhsulları sifariş edib, Qax rayonuna göndərilməsini istəyib, məhsulların pulunu verəcəyinə inandırıb, etibarından sui-istifadə edərək ona 2500 manat dəyərində maddi ziyan vurduğunu bildirib.

Hadisənin araşdırılması üçün məsələ aidiyyəti üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib.

Qax RPŞ-nin əməkdaşlarının apardıqları əməliyyat tədbiri nəticəsində həmin şəxsin əvvəllər də məhkum olunmuş və cinayət məcəlləsinin müvafiq maddələri ilə barəsində axtarış elan olunmuş Bakı şəhər sakini Babək Həsənov olduğu müəyyənləşib. Qax və Göygöl RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat –axtarış tədbirləri nəticəsində dələduzluğu törətmiş şəxs Göygöl rayonunun Mixaylovka kəndində saxlanılaraq İstintaqa təhvil verilib.

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, Babək Həsənovun digər cinayət faktlarının törədilməsində iştirakının olub-olmaması istiqamətində tədbirlər davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə iki nəfər bıçaqlandı
Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR
Qaxda ağır qəza - Azyaşlı öldü

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO