Dinc atom siyasəti Azərbaycanın regional təhlükəsizliyində hansı rolu oynayır? – SİYASİ ŞƏRH
10 Sentyabr 2026, 20:27
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
522
21.06.2026, 11:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu24.com xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanla İordaniya arasında əlaqələrin dostluq və qardaşlıq üzərində qurulduğunu deyərək, ölkələrimizin hər zaman bir-birinə qarşılıqlı dəstək nümayiş etdirdiyini vurğuladı, siyasi, iqtisadi, humanitar, parlamentlərarası əlaqələr və digər sahələrdə gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirdi.
İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçiriləcək 20-ci Sessiyasında Mazen Torki Saud Əl-Qadinin iştirak etməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev onun bu səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyini vurğuladı, eyni zamanda, ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün də yaxşı imkan yaratdığını dedi.
Mazen Torki Saud Əl-Qadi İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Kral II Abdullah ibn Al Hüseyni ölkəmizə səfərə dəvət etdi.
Qəbula və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən qonaq bunu Azərbaycanla İordaniya arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirdi.
O, Azərbaycan Prezidentinin və İordaniya Kralının siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etməsini məmnunluqla vurğuladı.
Qonaq Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu gün Azərbaycanın gözəl və təhlükəsiz ölkəyə çevrildiyini dedi. O, həmçinin vurğuladı ki, Azərbaycanda mövcud olan sıx xalq-iqtidar birliyi dövlətimizin başçısının həyata keçirdiyi siyasət sayəsində ölkədə ictimai ədalətin təmin edilməsindən xəbər verir.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa, həmçinin ərəb və İslam dünyasını narahat edən məsələlərə həmişə böyük diqqətlə yanaşdığını, islam həmrəyliyini daim dəstəklədiyini vurğulayan Mazen Torki Saud Əl-Qadi ölkəmizin Fələstin məsələsində tutduğu birmənalı və ədalətli mövqeyin yüksək qiymətləndirildiyini dedi.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi münasibətilə bir daha təbriklərini çatdıran qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını vurğuladı.
Mazen Torki Saud Əl-Qadi, həmçinin Bakı şəhərinin gözəlliyinin və təmizliyinin onda zəngin təəssürat yaratdığını qeyd etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı öz növbəsində Kral II Abdullah ibn Al Hüseynin rəhbərliyi ilə İordaniyanın da uğurla inkişaf etdiyini dedi.
Azərbaycanın İslam həmrəyliyinə daim dəstək nümayiş etdirdiyini vurğulayan Prezident İlham Əliyev Fələstin məsələsində ölkəmizin Əl-Qüds Əl-Şərif paytaxt olmaqla iki dövlət həll yolunu daim dəstəklədiyini qeyd etdi.
Görüşdə əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.






20:40 / 10 Sentyabr 2026
1
20:38 / 10 Sentyabr 2026
1
20:27 / 10 Sentyabr 2026
23
20:22 / 10 Sentyabr 2026
31
20:15 / 10 Sentyabr 2026
41
20:11 / 10 Sentyabr 2026
40
20:07 / 10 Sentyabr 2026
49
20:03 / 10 Sentyabr 2026
44
19:55 / 10 Sentyabr 2026
44
19:35 / 10 Sentyabr 2026
47
19:06 / 10 Sentyabr 2026
70
18:57 / 10 Sentyabr 2026
219
18:53 / 10 Sentyabr 2026
53
18:47 / 10 Sentyabr 2026
596
18:45 / 10 Sentyabr 2026
58
18:42 / 10 Sentyabr 2026
58
18:33 / 10 Sentyabr 2026
58
18:26 / 10 Sentyabr 2026
63
18:18 / 10 Sentyabr 2026
690
18:13 / 10 Sentyabr 2026
65
17:59 / 10 Sentyabr 2026
65
17:49 / 10 Sentyabr 2026
66
17:25 / 10 Sentyabr 2026
242
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.