“Sabah”ın futbolçusu evləndi - Foto
09 Noyabr 2026, 17:36
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1296
21.06.2026, 14:17
Doqquz yaşından 33 yaşınadək əliliyə görə müavinət alan Suraxanı rayonu, Hövsan qəsəbə sakini Vüsal Məmmədovun ödənişi kəsilib.
Oxu24.com-un məlumatına görə, müavinət bu ilin aprel ayında dayandırılıb.
Vüsal Məmmədov iddia edir ki, bu günə kimi hər beş ildən bir təkrar komissiyadan keçib. Anadangəlmə ikitərəfli əyripəncəlik, funksiyanın pozulması diaqnozu ilə 3-cü qrup əlliliyə görə 180 manat müavinətlə təmin edilib.
Vüsal Məmmədov deyir ki, təkrar komissiyadan keçmək məqsədi ilə ərazi üzrə 23 nömrəli Şəhər poliklinikasına müraciət edib. Lakin gözlədiyi nəticəni əldə edə bilməyib.
TƏBİB-dən "Xəzər Xəbər"ə bildirildi ki, Vüsal Məmmədov 2011-ci ildən etibarən anadangəlmə ikitərəfli əyripəncəlik, funksiyanın pozulması diaqnozu ilə 23 nömrəli Şəhər poliklinikasında dispanser qeydiyyatdadır. 2012-ci ildən III qrup əlillik təyinatı alıb. Əlillik müddəti bitdiyi üçün bu il aprelin 27-də təkrar həmin poliklinikaya müraciət edib və zəruri tibbi müayinələrə göndərilib.
Mayın 5-də poliklinikanın Həkim məsləhət komissiyası təqdim edilən sənədləri əlillik meyarına uyğun olduğu üçün rəsmiləşdirib və 11 nömrəli Şəhər poliklinikasının Mərkəzi həkim komissiyasına göndərib. Daha sonra müvafiq sənəd rəsmiləşdirilərək Tibbi-sosial ekspertiza komissiyasına təqdim edilib. Komissiya tərəfindən sənədə mayın 26-da ekspertiza üçün əhəmiyyətli olan ağırlaşmaların dəqiqləşdirilməsi göstərişi ilə imtina verilib.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilən rəyə əsasən, sənəddə ağırlaşmalar qeyd edilib. Vətəndaş iyunun 5-də Tibbi-sosial ekspertiza komissiyasında əyani baxışda olub.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə bildirildi ki, Vüsal Məmmədovun əlilliyi həm elektron sistem üzərindən, həm də qurumun həkim-eksperti tərəfindən əyani baxış zamanı qiymətləndirilib. Müayinə zamanı onun hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
15:34 / 10 Noyabr 2026
1
15:31 / 10 Noyabr 2026
19
15:25 / 10 Noyabr 2026
38
15:22 / 10 Noyabr 2026
42
14:58 / 10 Noyabr 2026
810
14:55 / 10 Noyabr 2026
117
14:48 / 10 Noyabr 2026
137
14:23 / 10 Noyabr 2026
243
14:20 / 10 Noyabr 2026
609
14:09 / 10 Noyabr 2026
168
14:00 / 10 Noyabr 2026
718
13:44 / 10 Noyabr 2026
113
13:38 / 10 Noyabr 2026
349
13:26 / 10 Noyabr 2026
1442
13:24 / 10 Noyabr 2026
133
13:20 / 10 Noyabr 2026
323
13:05 / 10 Noyabr 2026
167
13:00 / 10 Noyabr 2026
131
12:37 / 10 Noyabr 2026
522
12:31 / 10 Noyabr 2026
130
12:21 / 10 Noyabr 2026
556
12:18 / 10 Noyabr 2026
157
12:04 / 10 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.