Zeytunsevənlər üçün yaşıl işıq - Bakıda bayram
03 Oktyabr 2026, 22:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1152
21.06.2026, 11:09
Milli Məclisin deputatı Razi Nurullayev qadınların pensiya yaşı ilə bağlı ATV telekanalında yayımlanan süjetə sərt reaksiya verib.
Oxu24.com-un xəbərinə görə, deputat müsahibəsinin tamamilə kontekstdən çıxarılaraq fikirlərinin təhrif olunduğunu deyib.
“Nəzərinizə çatdırmaq istəyirəm ki, ATV-nin qadınların pensiya yaşı ilə bağlı mənimlə verdikləri süjet 100 faiz kontekstdən çıxarılıb. "Heç olmasa 95% edərdiniz, lap 99% edərdiniz. 100% etmək ağını çıxarmaqdır”, - Razi Nurullayev qeyd edib.
Deputat bildirib ki, ölkənin böyük televiziya kanallarından birinin onun fikirlərini bu şəkildə təqdim etməsi qəbuledilməzdir.
“Bu boyda kanal Milli Məclisin deputatının fikirlərini yüz faiz saxtalaşdırıb verib. Çox təəssüf edirəm. Məndən müsahibə xahiş edən və götürən əməkdaşlardan biri ilə danışdım. Üzrxahlıq etdi, mən onu qəbul etmədim. Müsahibənin orijinal variantını da istədim”, - o vurğulayıb.
Razi Nurullayev mətbuat nümayəndələri ilə daim açıq münasibətdə olduğunu və jurnalistlərin müraciətlərini cavablandırmağa çalışdığını bildirib.
“Mən mətbuata açıq deputatam və çalışaram ki, zəng edən jurnalistlərin hamısına cavab verim. Bilirəm ki, bir çox vəzifəli şəxslər, deputatlar mətbuatdan qaçır və onlara haqq qazandırıram”, - deputat qeyd edib.
O, baş verən hadisələrin gələcəkdə ictimai şəxslərin media ilə ünsiyyətinə mənfi təsir göstərə biləcəyini də diqqətə çatdırıb:
“Mətbuata açıq bir neçə deputat, vəzifəli şəxs qalıb. Onlar da tezliklə danışmaqdan imtina edəcəklər. Onsuz da pusquda dayanıb ölkəmizə nifrət yağdırmağa növbə tutan minlərlə şəxslər var. Onların dəyirmanına su tökmək kimə lazımdır?”
Deputat hazırda məsələ ilə bağlı hansı addımı atacağına qərar vermədiyini bildirib.
“Hansı addımı atacağıma qərar verə bilməmişəm hələ. Hazırda qərar verdiyim bu sözdür: Təəssüf edirəm ATV, çox təəssüf edirəm!”, - Razi Nurullayev əlavə edib.
Sözügedən müsahibəni təqdim edirik:
00:16 / 04 Oktyabr 2026
50
23:56 / 03 Oktyabr 2026
47
23:26 / 03 Oktyabr 2026
53
22:53 / 03 Oktyabr 2026
55
22:48 / 03 Oktyabr 2026
59
22:41 / 03 Oktyabr 2026
69
22:29 / 03 Oktyabr 2026
65
22:13 / 03 Oktyabr 2026
104
22:08 / 03 Oktyabr 2026
75
21:24 / 03 Oktyabr 2026
71
21:09 / 03 Oktyabr 2026
82
20:57 / 03 Oktyabr 2026
105
20:51 / 03 Oktyabr 2026
87
20:38 / 03 Oktyabr 2026
90
20:27 / 03 Oktyabr 2026
504
20:14 / 03 Oktyabr 2026
87
20:03 / 03 Oktyabr 2026
384
19:52 / 03 Oktyabr 2026
489
19:51 / 03 Oktyabr 2026
111
19:46 / 03 Oktyabr 2026
70
19:34 / 03 Oktyabr 2026
71
19:34 / 03 Oktyabr 2026
70
19:25 / 03 Oktyabr 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.