Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib -FOTO
10 Noyabr 2026, 15:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3548
21.06.2026, 14:38
TƏBİB-in icraçı direktorunun müavini vəzifəsindən çıxarılan Anar İsrafilovun yeni iş yeri müəyyənləşib.
Oxu24.com xəbər verir ki, “Bakupost”un əldə etdiyi məlumata görə, yaxın günlərdə Anar İsrafilovun Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına direktor təyin olunacağı gözlənilir.
Maraqlıdır ki, ixtisasca nefroloq olan Anar İsrafilovun peşəkar fəaliyyəti əsasən səhiyyə idarəçiliyi ilə bağlı olub.
Onun əmək fəaliyyətinin böyük hissəsi Səhiyyə Nazirliyində keçib. 2006–2022-ci illərdə nazirlikdə müxtəlif vəzifələrdə, o cümlədən səhiyyə nazirinin köməkçisi və Səhiyyənin Təşkili şöbəsinin müdiri vəzifələrində çalışıb. 2022-ci ilin sonundan isə TƏBİB-in icraçı direktorunun müavini olub.
Bu ilin fevralında TƏBİB-in rəhbəri Vüqar Qurbanov vəzifədən ayrıldıqdan sonra quruma rəhbərlik müvəqqəti olaraq Anar İsrafilova həvalə edilmişdi. Həmin dövrdə onun TƏBİB-in növbəti rəhbəri olacağı ilə bağlı da müxtəlif ehtimallar səsləndirilirdi.
Qeyd edək ki, Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına son təyinat ötən ilin oktyabrında həyata keçirilmişdi. Həmin vaxt xəstəxanaya tanınmış uroloq Pərviz Hacıyev direktor təyin olunmuşdu. P.Hacıyev Ankara Universitetində urologiya və uşaq urologiyası üzrə təhsil alıb, Avropa Uşaq Urologiyası Akademiyasının üzvüdür və uzun illər bu sahədə fəaliyyət göstərib. Buna baxmayaraq, Pərviz Hacıyev orada uzun müddət işləyə bilmədi.
Beləliklə, ixtisasca uroloq olan Pərviz Hacıyevdən sonra xəstəxanaya rəhbər vəzifəsinə nefroloq ixtisaslı, lakin bir gün belə həkim işləməyən, xəstə qəbul etməyən Anar İsrafilovun gətirilməsi diqqət çəkir.
15:34 / 10 Noyabr 2026
1
15:31 / 10 Noyabr 2026
19
15:25 / 10 Noyabr 2026
38
15:22 / 10 Noyabr 2026
42
14:58 / 10 Noyabr 2026
810
14:55 / 10 Noyabr 2026
117
14:48 / 10 Noyabr 2026
137
14:23 / 10 Noyabr 2026
243
14:20 / 10 Noyabr 2026
609
14:09 / 10 Noyabr 2026
168
14:00 / 10 Noyabr 2026
718
13:44 / 10 Noyabr 2026
113
13:38 / 10 Noyabr 2026
349
13:26 / 10 Noyabr 2026
1442
13:24 / 10 Noyabr 2026
133
13:20 / 10 Noyabr 2026
323
13:05 / 10 Noyabr 2026
167
13:00 / 10 Noyabr 2026
131
12:37 / 10 Noyabr 2026
522
12:31 / 10 Noyabr 2026
130
12:21 / 10 Noyabr 2026
556
12:18 / 10 Noyabr 2026
157
12:04 / 10 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.