Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1982
az

Evini yandıran veteran itkin düşüb - DİQQƏT!

15:4520 May, 2018
1351
KRİMİNAL
  • A
 Xəbər verdiyimiz kimi, mayın 11-də Abşeron rayonu, Mehdiabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Qarabağ müharibəsi əlili Fuad Arif oğlu Əkbərov Fatmayi kəndindəki birmərtəbəli evini icra nümayəndələrinə etiraz əlaməti olaraq yandırıb.

Oxu.Az-ın məlumatına görə, hazırda müharibə əlili itkin düşüb.

Məlumat ölkənin hüquq mühafizə orqanlarından verilib. Həmçinin veteranın həyat yoldaşı Tamam Əkbərova da müxbirimizə məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, Əkbərovun atası oğlunun itkin düşməsilə bağlı polisə müraciət edib.

Xatırladaq ki, Oxu.Az hadisə ilə bağlı araşdırma aparıb.

Xəbər verildiyi kimi, Mehdiabad qəsəbəsi sakini, 1976-cı il təvəllüdlü Qarabağ müharibəsi əlili Fuad Arif oğlu Əkbərov Fatmayi kəndindəki birmərtəbəli evini Abşeron rayon İcra Hakimiyyətinin rəhbəri İradə Gülməmmədovaya etiraz əlaməti olaraq yandırıb.

İcra hakimiyyəti Əkbərovun bu iddialarını təkzib edib və onun sözlərini “təxribat” adlandırıb.

Oxu.Az məsələni diqqətdə saxlayır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

4 uşaq anası ərinin qanını tökdü
Mingəçevirdə qatar avtomobillə toqquşdu: yaralılar var
Sumqayıtda ağır qəza -Yaralılar var

Bu gölə toxunan hər şey daşa dönür - Təkcə bu canlıdan başqa

18+

Deputat turisti zorladı
Tıxacda qalanlara ŞAD XƏBƏR! Yeni yol çəkilir - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Alimlər piy əridən 5 məhsulun adını çəkdilər
4 uşaq anası ərinin qanını tökdü