Qaynar xətt:

(+99450) 247 90 86

20 yaşlı məşuqəsi yaşlı kişini bıçaqladı - Bakıda olay

2018-05/1526706461_bicaqlanma.jpg

KRİMİNAL

2046

19.05.2018, 09:07

\"\" Bakıda yaşlı kişi məşuqəsi tərəfindən bıçaqlanıb.
Oxu24.com -un  \"Report\"a istinadən xəbərinə görə, hadisə Xəzər rayonunda baş verib. Mərdəkan qəsəbəsində 1966-cı il təvəllüdlü Qurbanov Emil Aydın oğlu 20 yaşlı sevgilisi kimi təqdim etdiyi xanımla mübahisə edib. O, mübahisə zamanı kürəyindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Maraqlısı odur ki, polisə izahat verən E.Qurbanov qadının onu bilərəkdən bıçaqlamadığını deyib. Yaralı polisə bildirib ki, qızın əlindəki bıçaq ehtiyatsızlıqdan onun kürəyinə batıb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. Günün təklif olunan VİDEOSU: