Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən (DSX) Oxu24.com-a verilən məlumata görə, mayın 17-də dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Belə ki, həmin tarixdə saat 18:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən saxlanılmışdır.
Sərhəd pozucusunun tutulduğu əraziyə baxış keçirilərkən 1 qutuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olunmuşdur.
Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Kakavənd Mima Fərhad olması, pişik balalarını satış məqsədilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəyyən edilmişdir.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. Oxu24.com
ŞƏRHLƏR