Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1896
az

“20 manatım vardı, gedib bacımın meyitini gətirə bilmədim…” – Bakıdakı dəhşətli hadisənin yalanları…

11:4418 May, 2018
1623
KRİMİNAL
  • A
Bakıda qayınanasını boğaraq öldürməkdə təqsirləndirilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə davam edir. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi hakim Eldar İsmayılovun icraatına araşdırılır.

İstintaqla müəyyən edilib ki, Cavad İbrahimov ailə qurduqdan bir müddət sonra spirtli içki içərək heç bir səbəb olmadan evdə mübahisə yaratmağa başlayıb. Tüfeyli həyatı sürən Cavad İbrahimovun bu səbəbdən qaynanası Nigar Niftəliyeva ilə problemləri yaranıb. Belə ki, təqsirləndirilən şəxs epilepsiya xəstəsi olan qaynanasını dəfələrlə döyüb. Bir neçə dəfə Nigar Niftəliyeva huşunu itirib. Sonuncu dəfə isə Cavad İbrahimov bu il yanvar ayında yaşadıqları Yasamal rayonunda qaynanası Nigar Niftəliyevanı azyaşlı oğlu Camalın göz qarşısında yumruq və təpiklə döyməyə başlayıb. Aldığı zərbələrdən yerdə qalan Nigar Niftəliyevanın öldüyü məlum olub.

Təqsirləndirilən şəxs qismində istintaqda dindirilən Cavad İbrahimov ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində bildirib ki, qayınanası Nigar Niftəliyevanı öldürmək niyyəti olmayıb: “Nigarın qızı Arzu ilə 2012-ci ildə ailə qurmuşam. Həmin nikahdan 3 azyaşlı övladım var. 2005-ci ildə Ağdaşdan Bakıya gələrək, müxtəlif tikinti şirkətlərində fəhləlik etmişəm. Bir müddət sonra evləndim və ailəmlə Bakıya gəlib və Yasamal rayonunda kirayədə yaşamağa başladıq. O zamanlar qayınanam Nigar da rayondan gəlib, bizdə yaşayırdı. Qayınanam sakit, heç kimlə problemi olmayan adam idi. Mən müəyyən xəstəliklərdən əziyyət çəkirdim. Yoldaşım Arzu da qonşuluqda olan smetan sexində işləyirdi. Yoldaşım işlədiyindən ev işlərini qayınanam görürdü. Evimizdə qaz olmadığından qayınanam hər gün evin yaxınlığında olan zibillikdən odun tapıb gətirib, evi qızdırırdı. O, evdə darıxdığı üçün odun dalınca getdiyini deyirdi. Yaşlı olduğundan bir neçə dəfə başı gicəllənib yıxılıb, özünə xəsarət yetirmişdi. Ona görə, bir neçə dəfə Nigara odun dalınca getməməsini demişdim”.

Cavad İbrahimov bildirib ki, qayınanası ona əxlaqsız təklif edib: “Bir gün Nigar mənimlə cinsi münasibətdə olmaq istədiyini dedi, seksual hərəkətlər etməyi təklif etdi. Buna kəskin etiraz etdim, tənbeh etdim ki, bir daha belə söhbət eləməsin. Yoldaşım evə gələndə anasının mənə təklif etdiyi məsələni dedim. Arzu anası ilə mübahisə elədi, Nigar söz verdi ki, bir də belə hal baş verməyəcək. Bu söhbətdən 3-4 gün sonra yenidən qayınanam eyni təklifi elədi. Etirazımı bildirib, onu itələdim. Başı divara dəydi. Başının arxasından xəsarət aldı. Yerə yıxıldı. Lakin huşu özündəydi, divana uzatdım. Paltarlarını çıxartdım ki, rahat olsun. Gördüm ki, dişlərini qıcayıb. Tez əlimdə dişlərini araladım ki, birdən dili qatlanar. Həmin vaxt ola bilər ki, güc tətbiq etmişəm. Çənəsinə və damağına xəsarət yetirmişəm. Telefonum yox idi. Uşaqları evdə qoyub, qaçdım təcili yardım çağırmağa. 20 dəqiqə sonra təcili yardım evə gəldi. Müayinə zamanı məlum oldu ki, artıq ölüb. Mənim onu öldürmək niyyətim olmayıb. Bircə onun mənə elədiyi təkliflərdən əsəbiləşib itələmişəm, başı divara dəyib. Onu heç vaxt döyməmişəm”.

Mərhumun qardaşı, hüquqi varis qismində M.Osmanov ifadə verib. O deyib ki, C.İbrahimov daha əvvəl də bacısını döyüb. “Bacımı döydüyü üçün biz bundan bir neçə dəfə şikayət etdik. O zaman Ağdaşda yaşayırdıq. Bacım və qızı xahiş elədilər ki, şikayət etməyək. Mən də şikayət etmədim. Sonuncu dəfə də rayonda oğurluq elədi, Bakıya qaçdı. Sonra bacım və qızı da Bakıya gəldi. Bir müddət sonra ölüm xəbərini eşitdik”.

M.Osmanov qeyd edib ki, bacısının ölüm xəbərini eşidəndə Bakıya gəlməyə maddi imkan olmayıb: “Hadisəni eşidəndə 20 manatım var idi. Bakıya gələ bilmirdim. Gedib bunun atasına və qardaşına dedim ki, oğlunuz belə bir hadisə törədib. Kömək edin ki, gedim meyiti gətirim. Amma yiyə durmadılar. Sonra qohumlarımız meyiti Bakıdan kəndə göndərdilər”.

M.Osmanov C.İbrahimovun dediklərinin doğru olmadığını deyib: “Bacım təmiz və namuslu qadın olub. O, bizim böyüyümüz idi, 60 yaşı vardı, bizə ana əvəzi idi. Cavadın dediklərinin hamısı yalandır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı