Qaynar xətt:

(+99450) 247 90 86

Yeni detallar:Əməliyyatı DTX keçirir: Dünya çempionu qaçdı

Yeni detallar:Əməliyyatı DTX keçirir: Dünya çempionu qaçdı

KRİMİNAL

931

24.10.2026, 21:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub.

Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıda Budo əlbəyaxa döyüş növü üzrə dünya kubokunun sahibi olub.

Qeyd edək ki, Elmarla birgə “Sabunçu Emin” də hadisə yerindən qaçıb gizlənmişdi.

Hadisəni törədib qaçan şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər saxlanılıb.

Fotoda Elmar Cəfərov

Fotoda “Sabunçu Emin”