Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı tutulub 

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı tutulub 

KRİMİNAL

57

08.06.2026, 10:57

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı tutulub.

Bu barədə Oxu24.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya Federativ Respublikası vətəndaşı - 1995-ci il təvəllüdlü Olabıyı Kazeem Adısa saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.