Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc İTKİN DÜŞDÜ
13 İyul 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
443
03.06.2026, 14:53
“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən Mehriban Abasquliyevanın vəkilləri çıxış edib.
Vəkil Əlövsət Abbasov bildirib ki, müvəkkilinin ittiham olunduğu maddələr üzrə təqsiri yoxdur, ona bərəat verilməlidir.
Digər vəkil Muxtar Mustafayev də müvəkkilinə bəraət verilməsini xahiş edib.
Daha sonra təqsirləndirilən şəxslər son söz deyib.
Elnur Əhmədli və Hamlet Mustafayev son sözlərində məhkəmədən ədalətli qərar verilməsini xahiş ediblər.
Daha sonra Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyevaya söz verilsə də, o,çıxışa hazır olmadığını deyib, məhkəmədən vaxt istəyib. Hakim ona 1 saat vaxt verib.
Verilən vaxt başa çatdıqdan sonra Mehriban Abasquliyeva iclasa gəlməyib. Vəkili məhkəməyə bildirib ki, müvəkkilinin səhhətində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.
Prosesə sədrlik edən hakim deyib ki, Mehriban Abasquliyeva sabah prosesə gəlməsə, barəsində həbs qətimkan tədbiri seçiləcək.
Məhkəmə sabah davam etdiriləcək.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək hər üç təqsirləndirilənin 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini, Mehriban Abasquliyevanın 8 il, Elnur Əhmədli və Hamlet Mustafayevin 7 il müddətinə azadlıqdan məhrum olunmalarını istəyib.
Qeyd edək ki, 2024-cü ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.
00:57 / 14 İyul 2026
58
00:47 / 14 İyul 2026
60
23:56 / 13 İyul 2026
90
23:52 / 13 İyul 2026
73
23:52 / 13 İyul 2026
85
23:41 / 13 İyul 2026
79
23:15 / 13 İyul 2026
80
23:09 / 13 İyul 2026
86
22:41 / 13 İyul 2026
83
22:32 / 13 İyul 2026
73
22:19 / 13 İyul 2026
78
21:59 / 13 İyul 2026
104
21:26 / 13 İyul 2026
170
21:16 / 13 İyul 2026
74
21:09 / 13 İyul 2026
106
21:05 / 13 İyul 2026
92
20:50 / 13 İyul 2026
94
20:19 / 13 İyul 2026
71
19:48 / 13 İyul 2026
100
19:09 / 13 İyul 2026
135
18:52 / 13 İyul 2026
106
18:30 / 13 İyul 2026
113
18:00 / 13 İyul 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.