“Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
10 Noyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
628
03.06.2026, 13:33
Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı uzun müddətdir davam edən məhkəmə araşdırması başa çatır.
Oxu24.com xəbər verir ki, bu dəqiqələrdə Bakı Ağır Cinayətlər Məhkəməsində vəkillər yekun çıxış ediblər.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın iki vəkilinin müdafiə çıxışı üç saat çəkib.
Vəkil Muxtar Mustafayev əvvəlki həmkarının səsləndirdiyi arqumentlərə yenidən qayıtdığı üçün hakim Leyla Əsgərova Məmmədova ona xəbərdarlıq edib. Bu vaxt prosesdə qısa gərginlik yaşanıb, vəkil çıxışını kəsdiyi üçün hakimə etiraz edəcəyini deyib. Hakim isə ondan təkrar sözlərlə prosesi uzatmamasını tələb edib.
Muxtar Mustafayev çıxışının davamında cinayət işi üzrə ilkin istintaqı aparan müstəntiqləri və ekspertləri ittiham edib: “İbtidai istintaq nə araşdırıb? Ekspert rəy verib ki, uzadıcı elektrik naqilləri yüklənib. Amma bunu necə sübut etdiyini yazmayıb. Münəccim idi? Bundan əlavə, deyirlər elektrik naqillərinin nasaz olması ilə bağlı məlumat verilməyib. Bu barədə Mehriban Abasquliyevaya kimsə məlumat verməyib. Kimsə nə isə etdi, dərhal rəhbər günahkardır. Tutun, qoyun içəri.
Ən vacib məsələyə gələk. Qəzadan sonra ölən uşaqların sayının artması düzgün araşdırılmayıb. Bilirsiniz niyə artdı? Çünki başqa xəstəxanalara təxliyə düzgün olmadı. Bəzi tibb müəssisələrində avadanlıqlar və peşəkar heyət çatışmadı. Bu Mərkəzdə çalışanları da müalicəyə buraxmadılar. Yəni kütləvi səhlənkarlıq nəticəsində bu faciə böyüdü. İndi prokuror deyir, Abasquliyeva islah olunması üçün həbs edilməlidir. Niyə, nə olacaq? Bu islahdan çox qisas almaq olar”.
Vəkil yekunda müvəkkilinə bəraət verilməsini istəyib. İş üzrə ittiham olunan Mərkəzin şöbə müdirləri Hamlet Mustafayev və Elnur Əhmədlinin vəkilləri də çıxışlarında, özləri isə son sözlərində bəraət istəyiblər. H.Mustafayev və E.Əhmədli iki ildən çoxdur işsiz qaldıqlarını, bu müddətin elə onlar üçün cəza olduğunu, Mustafayev əlavə olaraq 90 yaşlı atasına himayədarlıq etməsinin nəzərə alınmasını xahiş edib.
Mehriban Abasquliyeva isə bu gün üçün son söz deməyə hazır olmadığını bildirib. Amma hakim bu işə kifayət qədər vaxt ayrıldığını əsas gətirərək ona son sözə hazırlaşmaq üçün 14:00-a kimi vaxt verib.
Əvvəlki iclasda prokuror M.Abasquliyevaya 8, digərlərinə 7 il həbs cəzası tələb edib. Günün ikinci yarısında hökm oxunacağı gözlənilir.
Xatırladaq ki, hadisə 2024-cü ilin yanvarında baş verib.
Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaqla Mərkəzin direktoru M.Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli cinayət məsuliyyətinə cəlb edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə yekun ittiham verilib.
01:50 / 11 Noyabr 2026
146
01:00 / 11 Noyabr 2026
131
00:31 / 11 Noyabr 2026
156
23:59 / 10 Noyabr 2026
168
23:57 / 10 Noyabr 2026
188
23:55 / 10 Noyabr 2026
508
23:53 / 10 Noyabr 2026
211
23:47 / 10 Noyabr 2026
1296
23:43 / 10 Noyabr 2026
179
23:39 / 10 Noyabr 2026
184
23:28 / 10 Noyabr 2026
381
23:27 / 10 Noyabr 2026
783
23:17 / 10 Noyabr 2026
1304
23:15 / 10 Noyabr 2026
190
23:00 / 10 Noyabr 2026
152
22:58 / 10 Noyabr 2026
185
22:55 / 10 Noyabr 2026
170
22:35 / 10 Noyabr 2026
151
22:30 / 10 Noyabr 2026
423
22:27 / 10 Noyabr 2026
134
22:19 / 10 Noyabr 2026
166
22:04 / 10 Noyabr 2026
247
21:55 / 10 Noyabr 2026
774
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.