Şəmkirdə piyadanı maşın vurub öldürdü
11 May 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
89
11.05.2026, 21:28
Şəmkirdə üç gənc həbs olunub.
Oxu24.com Lent.az-a istinadən xəbər verir ki, üç həmkəndli - 22 yaşlı Zaur Hümbətov, 20 yaşlı İsgəndər Səfərov və 25 yaşlı Tofiq Kərimov (adlar və soyadlar şərtidir) - avtomobildə olarkən "TikTok" platformasında canlı yayım açıb.
Bu zaman dostlar nalayiq ifadələr işlədiblər və rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə aparılıblar.
Burada onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Gənclər bildiriblər ki, canlı yayımı onlardan biri açıb və digərlərinin bundan xəbəri olmayıb. Həmçinin onlar canlı yayımın bağlanmasını istəyiblər. Canlı yayımı açan şəxsin sözlərinə görə, mikrofonu bağladığını düşünsə də, sonradan yanıldığını görüb. Nəticədə dostların danışıq zamanı yol verdiyi bütün nalayiq sözlər canlıya düşüb. Onlar əməllərindən peşman olduqlarını bildiriblər.
Məhkəmənin qərarı ilə həmkəndlilərin hər biri barəsində 15 günlük inzibati həbs qərarı seçilib.
23:45 / 11 May 2026
20
23:43 / 11 May 2026
21
23:40 / 11 May 2026
26
23:32 / 11 May 2026
30
23:24 / 11 May 2026
40
23:17 / 11 May 2026
690
23:15 / 11 May 2026
111
23:14 / 11 May 2026
4045
23:11 / 11 May 2026
97
23:10 / 11 May 2026
52
23:06 / 11 May 2026
48
22:59 / 11 May 2026
207
22:59 / 11 May 2026
39
22:44 / 11 May 2026
332
22:43 / 11 May 2026
11578
22:34 / 11 May 2026
209
22:29 / 11 May 2026
209
22:23 / 11 May 2026
452
22:17 / 11 May 2026
59
21:48 / 11 May 2026
67
21:18 / 11 May 2026
210
21:03 / 11 May 2026
278
20:49 / 11 May 2026
228
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.