ŞOK! Nəvəsinin andiçməsində itkin düşmüşdü:Meyiti görün hardan tapıldı
12 Noyabr 2026, 23:53
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1469
18.03.2026, 16:14
Bu ilin əvvəlindən xaricdə yaşayan blogerlər, Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov, Aliona Əliyeva barədə müxtəlif internet platformalarında böhtan xarakterli məlumatlar yaymağa başladılar. Hətta Mehman Hüseynov canlı yayımların birində bir neçə saniyəlik şəkil fragmentini nümayiş etdirdi.
Bu saxta videomateriallar hardan alınıb? Blogerlər videoları müəyyən adamlardan aldıqlarını deyirlər. Bəs bu adamlar kimdi?
Oxu24.com xəbər verir ki, DTX həmin şəbəkənin ifşası ilə bağlı əməliyyat keçirib.
İTV-nin yaydığı video materiala görə,blogerlərin internetdə qarayaxma kampaniyasına başlaması ilə təxminən eyni vaxtda Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə bir nəfər öz sosial media hesabları, elektron poçt və xaricdə qeydiyyata alınmış telefon nömrəsi üzərindən əlaqə saxlamağa çalışır. Xarici ölkədə olan bu şəxs həmin adamları guya Aliona Əliyevaya məxsus olması iddia etdiyi kadrlarla şantaj edir. Bu görüntüləri yaymamağının müqabilində 5 milyon avro tələb edir.
Faktla əlaqədər Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılır. Əməliyyat nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S. saxlanılır. İstintaqa ifadəsində o, cinayəti törətdiyini etiraf edir və detalları danışır. Qeyd edək ki, saxlanılan şəxslə bağlı məhkəmə hökmü olmadığından biz reportajda onun adını çəkmirik və üzünü də göstərmirik.
Məhkəmə qərarı olandan sonra bu şəxsin kimliyi açıqlanacaq.
Ətraflı video materialı təqdim edirik:
Hazırladı: Jalə
01:52 / 13 Noyabr 2026
265
01:49 / 13 Noyabr 2026
579
00:49 / 13 Noyabr 2026
140
00:18 / 13 Noyabr 2026
134
00:17 / 13 Noyabr 2026
182
23:53 / 12 Noyabr 2026
1148
23:51 / 12 Noyabr 2026
138
23:40 / 12 Noyabr 2026
209
23:34 / 12 Noyabr 2026
132
23:24 / 12 Noyabr 2026
920
23:20 / 12 Noyabr 2026
130
23:19 / 12 Noyabr 2026
139
23:18 / 12 Noyabr 2026
137
23:12 / 12 Noyabr 2026
137
23:03 / 12 Noyabr 2026
141
23:02 / 12 Noyabr 2026
266
22:59 / 12 Noyabr 2026
133
22:55 / 12 Noyabr 2026
157
22:49 / 12 Noyabr 2026
185
22:40 / 12 Noyabr 2026
141
22:24 / 12 Noyabr 2026
217
22:21 / 12 Noyabr 2026
140
22:13 / 12 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.