Coratda qadın qətlə yetirilib, əri şübhəli bilinir
01 Oktyabr 2026, 22:42
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
882
09.02.2026, 19:35
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini - Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı məhkəməyə müraciət olunub.
Oxu24.com Apa-ya istinadən xəbər verir ki, onunla bağlı mülki iddia qaldırılıb.
İddiaya Bakıda məhkəmələrin birində baxılacaq. İddia icraata götürülüb, məhkəmənin hazırlıq iclası fevralın 13-nə təyin edilib.
Sabiq Baş Qərargah rəisinin müavini Ayaz Həsənovun ev alqı-satqısı ilə bağlı verdiyi sözə əməl etmədiyi iddia olunur. Belə ki, o, Novxanıda yerləşən bağ evini satarkən evi təmir edəcəyini desə də, verdiyi sözə əməl etməyib. Alıcı Ayaz Həsənova bununla bağlı bir neçə dəfə müraciət etsə də, müsbət cavab ala bilməyib. Ona görə də alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət edilib. Hazırlıq iclasında general-leytenantın əmlaklarına həbs qoyulması ilə bağlı vəsatətin veriləcəyi gözlənilir.
Qeyd edək ki, general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib.
O, Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır.
09:18 / 02 Oktyabr 2026
1
09:14 / 02 Oktyabr 2026
24
09:12 / 02 Oktyabr 2026
25
09:00 / 02 Oktyabr 2026
34
08:59 / 02 Oktyabr 2026
35
08:24 / 02 Oktyabr 2026
150
08:23 / 02 Oktyabr 2026
70
08:21 / 02 Oktyabr 2026
69
02:00 / 02 Oktyabr 2026
105
00:03 / 02 Oktyabr 2026
338
23:54 / 01 Oktyabr 2026
103
23:41 / 01 Oktyabr 2026
162
23:12 / 01 Oktyabr 2026
163
23:00 / 01 Oktyabr 2026
123
22:53 / 01 Oktyabr 2026
113
22:52 / 01 Oktyabr 2026
129
22:50 / 01 Oktyabr 2026
214
22:42 / 01 Oktyabr 2026
95
22:31 / 01 Oktyabr 2026
108
22:24 / 01 Oktyabr 2026
137
22:18 / 01 Oktyabr 2026
277
22:07 / 01 Oktyabr 2026
115
21:42 / 01 Oktyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.