DİN-dən "Əhməd qaçıb" xəbərlərinə RƏSMİ CAVAB +VİDEO
03 May 2026, 13:46
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
590
09.02.2026, 14:04
Bələdiyyələrlə əlaqədar cinayət işlərinin sayı açıqlanıb.
Oxu24.com -un məlumatına görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində (2025-ci il üzrə)" əksini tapıb.
Qeyd edilib ki, 2025-ci il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarə edilməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməsi, korrupsiyaya, habelə ümumilikdə hüquqpozmalara şərait yaradan halların qarşısının alınması üzrə inzibati nəzarət qaydasında tədbirlər görülüb.
Aparılmış müxtəlif dövrləri əhatə edən araşdırmalar zamanı cinayət əlamətləri aşkar edilərək toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 14-ü üzrə cinayət işi başlanılıb, 17-si üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşmayıb. O cümlədən:
- Abşeron rayonu Fatmayı bələdiyyəsinin fəaliyyəti araşdırılmış və bələdiyyənin vəzifəli şəxsi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində bələdiyyənin və cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb;
- Qusar rayonu Quxuroba bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib olunması və bilə-bilə saxta sənədlərdən istifadə edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb;
Həmçinin oxuyun
- Saatlı rayonu Sarıcalı bələdiyyəsinin sədri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb;
- Biləsuvar rayonu keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin ayrılması barədə qərarlar tərtib edilməsi, yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlaklarının israf edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;
- Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin vəzifəli şəxsi tərəfindən yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib olunması faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb;
- Tovuz rayonu Böyük Qışlaq bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyənin adından saxta qərarlar tərtib edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (rüşvət alma (passiv rüşvətxorluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və s.
Həmçinin Tərtər rayonu Sarov, Qaradağlı, Yuxarı Qapanlı, Bəyimsarov, Abşeron rayonu Qobu, Qusar rayonu Urva, Samur, Gədəbəy rayonu keçmiş Novosaratovka və s. bələdiyyələrinin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
21:18 / 03 May 2026
12
21:11 / 03 May 2026
25
21:10 / 03 May 2026
11
20:51 / 03 May 2026
39
20:42 / 03 May 2026
136
20:41 / 03 May 2026
833
20:10 / 03 May 2026
162
19:51 / 03 May 2026
64
19:02 / 03 May 2026
68
18:36 / 03 May 2026
63
18:15 / 03 May 2026
63
18:01 / 03 May 2026
60
17:53 / 03 May 2026
813
17:49 / 03 May 2026
99
17:41 / 03 May 2026
79
17:34 / 03 May 2026
121
17:20 / 03 May 2026
840
17:12 / 03 May 2026
138
15:56 / 03 May 2026
119
15:14 / 03 May 2026
75
14:51 / 03 May 2026
88
14:40 / 03 May 2026
158
14:37 / 03 May 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.