Bu rayonda ağır qəza: Ölənlər var
19 İyul 2026, 13:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
9577
06.02.2026, 12:53
Dövlət Gömrük Komitəsinin müxtəlif yüksək vəzifələrdə çalışmış təqaüddə olan polkovniki Həbib Bağırlı həbs edilib.
Oxu24.com xəbər verir ki, 1980-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş Həbib Bağırlı barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, Həbib Bağırlının Bakıda fəaliyyət göstərən ASC-lərin birinə 423.489,69 manat borcu yaranıb. 2024-cü ildə Nərimanov rayon Məhkəməsi onun borcu ödəməsi barədə qətnamə çıxarıb. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, Həbib Bağırlı borcundan cəmi 99 min manata yaxın ödəniş edib və 325.033 manat ödənilməmiş borc qalıb.
Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bağırlı Həbib Zahid oğlu barəsində protokol tərtib edilərək məhkəməyə müraciət edilib. O, məhkəmədə bildirib ki, gömrük orqanlarında müxtəlif vəzifələrdə işləyib və pensiyaya çıxıb. Qeyd edib ki, hazırda aliment ödəyir, təqaüdünün 60 faizi alimentə yönəlir. Bu səbəbdən onun təqaüdünə yönəlmə dayandırılıb. İcra sənədi üzrə zamin olub, bağ evini girov qoyub, ev satılıb və borcun ödənilməsinə yönəldilib. Həbib Bağırlı barəsində inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edib.
Məhkəmə isə təqaüddə olan polkovnikin xahişini nəzərə almayıb, onu İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib və barəsində 15 gün müddətində həbs qərarı verib.
Qeyd edək ki, Həbib Bağırlı 2018-2022-ci illərdə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin köməkçisi olub. 2022-ci ildə Səfər Mehdiyev vəzifəsindən azad olunduqdan sonra o da işdən çıxarılıb və təqaüdə göndərilib. Həmin ildən 2024-cü ilə kimi “Səba” Açıq Səhmdar Cəmiyyətində təftiş və nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb. Ehtimal edilir ki, Həbib Bağırlı ASC-də çalışdığı müddətdə sözügedən şirkətə 423.489,69 manat ziyan vurub.
Xatırladaq ki, Həbib Bağırlı Dövlət Gömrük Komitəsində çalışdığı müddətdə “Dövlət qulluğunda fərqlənməyə görə” və digər mükafatlara layiq görülüb. (Qaynarinfo)
13:47 / 19 İyul 2026
798
13:46 / 19 İyul 2026
83
13:42 / 19 İyul 2026
76
13:36 / 19 İyul 2026
81
13:33 / 19 İyul 2026
261
13:30 / 19 İyul 2026
73
13:26 / 19 İyul 2026
669
13:19 / 19 İyul 2026
249
12:29 / 19 İyul 2026
77
11:57 / 19 İyul 2026
71
11:42 / 19 İyul 2026
66
11:41 / 19 İyul 2026
66
10:31 / 19 İyul 2026
74
00:05 / 19 İyul 2026
116
23:30 / 18 İyul 2026
104
23:00 / 18 İyul 2026
93
22:43 / 18 İyul 2026
346
22:20 / 18 İyul 2026
118
22:11 / 18 İyul 2026
251
21:26 / 18 İyul 2026
118
20:51 / 18 İyul 2026
76
20:39 / 18 İyul 2026
115
20:29 / 18 İyul 2026
203
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.