Toyundan bir gün sonra ağır qəza törədən gəncə hökm oxundu
03 Fevral 2026, 22:54
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
96
03.02.2026, 20:48
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə Bakıda anasının qeyri-rəsmi nigahda yaşadığı şəxsi qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı Y.Q.ın cinayət işi üzrə məhləmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Y.Q. özünü təqsirli bilib. Məhkəmə təqsirləndirilən şəxsə ifadə verməyi təklif edib.
Təqsirləndirilən Y.Q. hadisəni qəsdən və ya istəyərəkdən törətmədiyini deyib:
"Anam işdən gəlib yemək bişirirdi. Emil də oturub içki içirdi, arada da anama pis söyüşlər söyməyə başladı. Hədələyirdi ki, onu polisə versək, başımıza oyun açacaq. Sonra ayağa durub dedi ki, atasıgilə getmək istəyir. Anam qoymadı ki, içkilisən, bu halda çölə çıxma. Emil başladı anama əl- qol atıb söyməyə. Mən qorxub özümü itirdim. İçəri otağa keçib xalama zəng etdim dedim ki, “bunlar yenə dava edir, mən neyləyim?". Xalam dedi ki, qarışmayım. Qayıdıb gördüm ki, Emil qışqıra-qışqıra anamı vurmağa, söyməyə davam edir. Qorxudan özümü itirmişdim, mətbəxə keçib bıçağı götürdüm ki, bununla Emili qorxudum, anamı döyməkdən əl çəksin.
Onun anamı buraxmaq fikri yox idi, anamı necə gəldi vururdu. Bıçağı nə zaman, necə Emilə vurduğumu xatırlamıram, sonradan bildim ki, ona 4 dəfə bıçaq zərbəsi vurmuşam. Emil səndələyə-səndələyə qapı tərəfə qaçdı. Xalama zəng edib atalığımı vurduğumu dedim. Xalam telefonda anama qışqırdı ki, uşağı niyə işə saldın. Anama dedim ki, tez "təcili yardım"a, polisə zəng eləsin. Özüm çıxıb polisləri qarşılayıb evə gətirdim, sonra onlar məni apardılar.
Əvvəllər də anamı döyəndə polisə şikayət etmişdik, amma Emil hər dəfə anamı hədələyib şikayətdən çəkindirirdi. Anamı döyməsinə dözə bilmədim, mən sadəcə onu qorxutmaq istəyirdim ki, anamı vurmasın".
Həmçinin oxuyun
Zərərçəkənin hüququ varisi Ə. Sş qardaşının ölümünü ona telefonla xəbər verdiklərini bildirib:
"Əgər bunları incidirdisə, polisə şikayət etməkdənsə, qovardılar da evdən. 40 gündən sonra mənə zəng etdilər ki, gəl qardaşının meyitini apar. Meyit bu müddətə kimi “morq”da qalmışdı".
Növbəti proses fevralın 17-nə təyin olunub.
Xatırladaq ki, hadisə 2025-ci ilin sentyabründa Bakının Ramana qəsəbəsində baş verib.Qəsəbə sakini Emil Əliyevin qətlə yetirilməsi ilə bağlı hüquq-mühavizə orqanlarına məlumat daxil olub.
Araşdırmalara görə məlum olub ki, Emil Əliyev qeyri-rəsmi nigahda yaşadığı qadının 16 yaşlı oğlu yərəfindən bıçaqlanaraq qətlə yetirilib. Azyaşlı Y.Q. barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb. (Lent.az)
00:41 / 04 Fevral 2026
2
00:26 / 04 Fevral 2026
33
00:01 / 04 Fevral 2026
44
23:40 / 03 Fevral 2026
279
23:35 / 03 Fevral 2026
56
23:35 / 03 Fevral 2026
41
23:32 / 03 Fevral 2026
40
23:28 / 03 Fevral 2026
126
23:22 / 03 Fevral 2026
41
23:16 / 03 Fevral 2026
56
23:12 / 03 Fevral 2026
43
23:06 / 03 Fevral 2026
38
22:54 / 03 Fevral 2026
51
22:46 / 03 Fevral 2026
86
22:41 / 03 Fevral 2026
51
22:36 / 03 Fevral 2026
49
22:32 / 03 Fevral 2026
81
22:29 / 03 Fevral 2026
73
22:19 / 03 Fevral 2026
63
22:09 / 03 Fevral 2026
78
22:07 / 03 Fevral 2026
59
21:46 / 03 Fevral 2026
70
21:20 / 03 Fevral 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.