Divanü Lüğat-it-Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık-Göldə yaşadılacaq
02 Oktyabr 2026, 12:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4482
03.02.2026, 20:13
Azərbaycanın keçmiş Hərbi prokuroru, hazırda Konstitusiya Məhkəməsinin hakimi olan general-leytenant Xanların Vəliyevin dövründə vəzifəyə təyin olunan bütün şəxslər Hərbi Prokurorluğun rəhbərliyindən uzaqlaşdırılıb.
Oxu24.com “Yeni Sabah”a istinadən xəbər verir ki, X.Vəliyev Hərbi prokuror işlədiyi dövrdə onun 3 müavini olub: Şəfahət İmranov, Mehdi Hüseynzadə və Fuad Məmmədov.
2025-ci ilin aprel ayında Xanlar Vəliyev Baş prokurorun müavini – Hərbi prokuror vəzifəsindən azad edilib və Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.
Təxminən bir ay sonra Bəhruz Əhmədov Baş prokurorun müavini - Azərbaycanın hərbi prokuroru təyin edilib.
Bundan sonra Hərbi Prokurorluqda ciddi kadr dəyişiklikləri olub.
Ötən il iyulun 14-də Hərbi prokurorun müavini, ədliyyə polkovniki Mehdi Hüseynzadə işdən çıxarılıb.
Ötən gün isə general-mayor Şəfahət Mehdiyev və general-mayor Fuad Məmmədov müavin vəzifəsindən azad ediliblər.
Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Ş.İmranov Abşeron, F.Məmmədov isə Tərtər rayon prokuroru postuna təyinat alıb.
Qeyd edək ki, Şəfahət İmranov və Fuad Məmmədov həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna uyğun olaraq onlara baş ədliyyə müşaviri xüsusi rütbəsi verilib.
Ş.İmranov 17 il Hərbi prokurorun müavini işləyib. O, bu vəzifəyə 2009-cu il dekabrın 4-də o zaman Baş prokuror olan Zakir Qaralovun əmri ilə təyin edilmişdi.
Hərbi prokurorun vəzifədən uzaqlaşdırılmış digər müavini, ədliyyə general-mayoru F.Məmmədov 2020-ci ilin iyul ayından bu vəzifəni tuturdu. Onun təyinatı ilə bağlı əmri Baş prokuror Kamran Əliyev imzalamışdı. F.Məmmədov bu təyinata qədər Hərbi Prokurorluqda şöbə rəisi olub.
Hərbi prokurorun digər müavini Mehdi Hüseynzadə 2022-ci ilin mart ayında Baş prokuror Kamran Əliyevin əmri ilə bu vəzifəyə təyinat almişdi.
Beləliklə də, Bəhruz Əhmədovun hər üç müavini dəyişib. Hazırda Hərbi prokurorun müavini vəzifələrini ədliyyə polkovnikləri Qasım Məmmədov, Elmir Süleymanlı və Nihad Şıxəliyev tutur.
Bundan başqa, Hərbi Prokurorluğun demək olar ki, bütün idarə və şöbə rəisləri dəyişib.
12:39 / 02 Oktyabr 2026
1
12:36 / 02 Oktyabr 2026
12
12:34 / 02 Oktyabr 2026
16
12:31 / 02 Oktyabr 2026
25
12:29 / 02 Oktyabr 2026
30
12:25 / 02 Oktyabr 2026
33
12:21 / 02 Oktyabr 2026
38
12:10 / 02 Oktyabr 2026
49
12:06 / 02 Oktyabr 2026
90
12:05 / 02 Oktyabr 2026
54
12:04 / 02 Oktyabr 2026
47
11:57 / 02 Oktyabr 2026
222
11:52 / 02 Oktyabr 2026
53
11:40 / 02 Oktyabr 2026
325
11:30 / 02 Oktyabr 2026
57
11:25 / 02 Oktyabr 2026
71
11:19 / 02 Oktyabr 2026
58
11:11 / 02 Oktyabr 2026
59
11:10 / 02 Oktyabr 2026
59
11:05 / 02 Oktyabr 2026
77
11:02 / 02 Oktyabr 2026
279
10:54 / 02 Oktyabr 2026
56
10:51 / 02 Oktyabr 2026
291
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.