TƏCİLİ! Bu xəstəxananın baş həkimi İŞDƏN ÇIXARILDI
29 İyul 2026, 21:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
789
03.02.2026, 20:28
Oxu24.com xəbər verir ki, son illərdə əhalinin nominal gəlirlərində müəyyən artım müşahidə olunsa da, bu artım real rifah səviyyəsində öz əksini tapmır. İnsanlar əvvəlki illərlə müqayisədə daha çox qazansalar da, gündəlik tələbatlarını qarşılamaq getdikcə çətinləşir. Bu baxımdan “pul var, amma yetmir” ifadəsi artıq sadəcə sosial narazılıq deyil, mövcud iqtisadi reallığın aydın göstəricisinə çevrilib.
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov Oxu24.com-un suallarına cavab olaraq bildirib ki,inflyasiyanın strukturu göstərir ki, Azərbaycanda qiymət artımının əsas səbəbi idxal inflyasiyasıdır. Yəni, idxal olunan məhsulların qiymətlərindəki artım daxili bazarda qiymət artımına gətirib çıxarır.
"Bu da, xüsusən, istehlak etdiyimiz bir sıra məhsulların xaricdən idxal edilməsi ilə bağlıdır. Ona görə də bir tərəfdən idxal inflyasiyasının tənzimlənməsi və idxalın azaldıması prioritetinin qoruyub saxlayır. Digər tərəfdən isə tələb inflyasiyasının da optimallaşdırılmasına ehtiyac var.
Əmək haqqı və pensiyalarda artım vacibdir və bu sosial siyasətin əsas istiqamətlərindəndir. Cənab Prezidentin tapşırığı ilə biz mütəmadi olaraq sosial paketlərin reallaşmasını və sosial dəstək tədbirlərinin genişlənməsini müşahidə edirik. Bu kontekstdən istehlak bazarında qiymətlərin optimallığının qorunması olduqca vacibdir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən pensiya və əmək haqlarının artımı zamanı istehlak bazarında monitorinqlərin gücləndirilməsinə ehtiyac var. Süni qiymət artımlarının qarşısının alınması birmənalı şəkildə önəmlidir. Çünki, heç bir halda pensiya və əmək haqqı artımlarının süni qiymət artımları ilə müşahidə olunması arzuolunmazdır.
Real gəlirlər vətəndaşın gəlirinin real dəyərinin qorunmasını, yəni inflyasiyadan müdafiə olunmasını ifadə edir. Vətəndaşlarımızın gəlirləri nə qədər qiymət artımından, inflyasiyadan qorunursa, o qədər çox onların gəlirlərinin real olmasına gətirib çıxarır. Bu baxımdan Azərbaycanda da real gəlirlərin qorunması böyük prioritetdir. Çünki, vətəndaşın ailə büdcəsində nominal gəlirlərdən daha çox real gəlirlərin təsiri var.
İnflyasiyanın optimallaşdırılması və tənzimlənməsi məhz bu baxımdandır ki, 2026-cı ildə əsas olacaq. Bu istiqamətdə addımların genişlənəcəyi gözlənilir”,-deyə Vüqar Bayramov bildirib.
Çimnaz Telmanqızı
21:57 / 29 İyul 2026
1
21:12 / 29 İyul 2026
67
20:22 / 29 İyul 2026
46
20:09 / 29 İyul 2026
68
19:41 / 29 İyul 2026
65
19:33 / 29 İyul 2026
75
19:05 / 29 İyul 2026
71
18:57 / 29 İyul 2026
74
18:19 / 29 İyul 2026
73
18:09 / 29 İyul 2026
94
18:05 / 29 İyul 2026
100
17:59 / 29 İyul 2026
82
17:40 / 29 İyul 2026
81
17:20 / 29 İyul 2026
92
17:14 / 29 İyul 2026
90
16:49 / 29 İyul 2026
95
16:26 / 29 İyul 2026
94
16:11 / 29 İyul 2026
93
15:53 / 29 İyul 2026
108
15:39 / 29 İyul 2026
98
15:20 / 29 İyul 2026
90
15:09 / 29 İyul 2026
98
14:59 / 29 İyul 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.