Müdafiə Nazirliyində yüksək vəzifəli hərbçi həbs olundu
05 Dekabr 2025, 12:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
3349
30.10.2025, 16:31
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi ilə bağlı yeni və sensasion faktlar üzə çıxıb.
Oxu24.com Müsavat.com-a istinadla xəbər verir ki, Rzayevin 2011-ci ildə icra başçısı vəzifəsinə təyin olunmasının arxasında SOCAR-ın sabiq vitse-prezidenti, milyardlarla vəsaitə sahib oliqarx-məmur Mikayıl İsmayılov dayanıb.
Məlumata görə, Mikayıl İsmayılov İslam Rzayevin tələbə yoldaşı və eyni zamanda "qudası"dır. Məhz bu qohumluq və şəxsi əlaqə vasitəsilə Ramiz Mehdiyevlə birbaşa əlaqə qurulub və Rzayevin Balakənə icra başçısı kimi təqdimatı həyata keçirilib. Bu təyinat həmin dövrdə Mehdiyev klanının ölkə üzrə regional idarəçilik mexanizmlərində öz təsir dairəsini qorumaq üçün həyata keçirdiyi mühüm addımlardan biri sayılır.
Buradaca bildirək ki, bu şərti adı "qudalıq" olan bu əlaqələrin bütün detalları redaksiyada var; sadəcə, mövzumuz bu deyil, yaxın zamanlarda bu detalları da dərc edəcəyik.
Mikayıl İsmayılov kimdir?
Mikayıl İsmayıl oğlu İsmayılov 9 iyun 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 1980-ci illərin əvvəlində Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb, daha sonra Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında oxuyub. 1988-ci ildən Neft Daşlarında əmək fəaliyyətinə başlayıb və “Azərdənizneftinşaat” Trestində mühasib, baş mühasibin müavini, daha sonra “Xəzərdənizneftqaztikinti” Trestində baş mühasib vəzifəsində çalışıb.
1997–2003-cü illərdə “Dəniz Neft və Qazçıxarma” İstehsalat Birliyində şöbə rəisinin müavini olub. 2003–2005-ci illərdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda iqtisadiyyat və təchizat üzrə direktor müavini kimi fəaliyyət göstərib.
2005-ci ildə SOCAR-ın vitse-prezidenti təyin olunub və bu vəzifədə 16 il – 2021-ci ilə qədər çalışıb. Bununla yanaşı, “Neftçi” İdman Klubunun idarə heyətinə rəhbərlik edib, Cüdo Federasiyasının vitse-prezidenti olub və uzun illər ərzində SOCAR-ın maliyyə və investisiya xəttinə birbaşa nəzarət edən şəxs kimi çıxış edib. Uzun illər həyata keçirdiyi talan və mənimsəmə prosesi nəticəsində milyardlarla manatla ölçülən sərvətə malikdir.
Hal-hazırda Mikayıl İsmayılov “Ekol Mühəndis Xidmətləri” QSC-nin Direktorlar Şurasının sədridir. O, həmçinin Yeni Azərbaycan Partiyasının üzvüdür. (Hakim Yeni Azərbaycan Partiyası öz sıralarını Mehdiyev klanından təmizləməlidir).
İsmayılov-Rzayev əlaqəsi və Mehdiyev klanı
Həmçinin oxuyun
Mənbələr bildirir ki, Mikayıl İsmayılov uzun illər Ramiz Mehdiyevin ən yaxın dairəsinə daxil olan məmurlardan biri olub. SOCAR-da və dövlət strukturunda topladığı nəhəng maliyyə imkanları vasitəsilə Mehdiyev klanına lojistik və maliyyə dəstək göstərib.
İslam Rzayevin Balakənə icra başçısı təyin olunması da məhz bu “klan təqdimatı” mexanizminin nəticəsi olub. Deyilənlərə görə, təyinatdan öncə Mikayıl İsmayılov Mehdiyevlə görüşərək Rzayevin etibarlı şəxs olduğunu, “həm idarəçi, həm də ailədən biri kimi” inam qazandığını bildirib. Bunun ardınca Mehdiyevin təqdimatı ilə Rzayev 2011-ci ilin mayında vəzifəyə təyin edilib.
İndi isə bu əlaqələr Mehdiyev şəbəkəsinin tam ifşasına gətirib çıxarıb.
Mənbələrə görə, İsmayılov təkcə Rzayevin deyil, Mehdiyev klanına mənsub digər məmurların da vəzifəyə gətirilməsində rol oynayıb. O, uzun illər ərzində SOCAR vasitəsilə əldə etdiyi nəhəng maliyyə resurslarını bu inzibati şəbəkənin qorunması üçün istifadə edib.
Klanın çöküş prosesi başlayıb
Hüquq-mühafizə orqanlarının son əməliyyatları Ramiz Mehdiyevin təsir dairəsindəki şəxslərin kənarlaşdırılması və dövlət strukturlarında gizli idarəetmə sisteminin dağıdılması məqsədi daşıyır. Analitiklər hesab edirlər ki, İslam Rzayevin həbsi və Mikayıl İsmayılovun adı bu prosesdə həlledici mərhələni açır.
Bu proses artıq yalnız Mehdiyev klanının deyil, onun iqtisadi dayaqlarını formalaşdıran şəxslərin də hədəfə alındığını göstərir.
Qarşıdakı günlərdə bu əlaqələrin daha geniş dairəsinin ifşası və yeni həbslərin baş verəcəyi gözlənilir.
12:03 / 05 Dekabr 2025
139
11:55 / 05 Dekabr 2025
18
11:48 / 05 Dekabr 2025
29
11:42 / 05 Dekabr 2025
110
11:36 / 05 Dekabr 2025
63
11:33 / 05 Dekabr 2025
64
11:17 / 05 Dekabr 2025
566
11:14 / 05 Dekabr 2025
38
11:00 / 05 Dekabr 2025
119
10:52 / 05 Dekabr 2025
37
10:46 / 05 Dekabr 2025
55
10:44 / 05 Dekabr 2025
39
10:34 / 05 Dekabr 2025
218
10:30 / 05 Dekabr 2025
278
10:18 / 05 Dekabr 2025
48
10:15 / 05 Dekabr 2025
41
10:13 / 05 Dekabr 2025
73
10:10 / 05 Dekabr 2025
52
09:35 / 05 Dekabr 2025
845
00:28 / 05 Dekabr 2025
96
00:24 / 05 Dekabr 2025
108
00:20 / 05 Dekabr 2025
79
00:17 / 05 Dekabr 2025
101
00:11 / 05 Dekabr 2025
73
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.