Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır
09 Oktyabr 2026, 21:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
795
27.10.2025, 11:27
Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq onun ölümündə təqsirləndirilən həkim Azər Maqsudova hökm oxunub.
Oxu24.com Report-a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə o, 1 il 6 ay müddətə avtomobil idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
A.Maqsudov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Həmçinin, məhkəmə zərərçəkən tərəfin qaldırdığı mülki iddianı baxılmamış saxlayıb.
Prosesdə dövlət ittihamçısı da çıxış edib. O, Azər Maqsudovun 5 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, qəza 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.
Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.
A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
22:31 / 09 Oktyabr 2026
1
22:27 / 09 Oktyabr 2026
24
22:13 / 09 Oktyabr 2026
35
21:58 / 09 Oktyabr 2026
54
21:54 / 09 Oktyabr 2026
40
21:52 / 09 Oktyabr 2026
60
21:45 / 09 Oktyabr 2026
67
21:33 / 09 Oktyabr 2026
71
21:30 / 09 Oktyabr 2026
62
21:23 / 09 Oktyabr 2026
94
21:15 / 09 Oktyabr 2026
82
21:10 / 09 Oktyabr 2026
163
21:10 / 09 Oktyabr 2026
1609
20:59 / 09 Oktyabr 2026
66
20:55 / 09 Oktyabr 2026
73
20:42 / 09 Oktyabr 2026
90
20:28 / 09 Oktyabr 2026
111
20:12 / 09 Oktyabr 2026
82
20:01 / 09 Oktyabr 2026
89
19:49 / 09 Oktyabr 2026
78
19:38 / 09 Oktyabr 2026
80
19:25 / 09 Oktyabr 2026
185
19:20 / 09 Oktyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.