Qubada kişi otbiçən mişarla qadının əlini kəsdi
09 Oktyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
5981
19.10.2025, 09:18
"Ramiz Mehdiyevin qurduğu şəbəkənin görünən və görünməyən üzvlərinin hamısı ifşa olunacaq”.
Oxu24.com xəbər verir ki, bu barədə APA-nın yaydığı məlumatda bildirilir.
"Amma onların özlərinin aidiyyəti orqana gəlib istintaqla əməkdaşlıq etməsi daha düzgün addım olardı. Digər tərəfdən, bir çoxlarının fəaliyyəti də, niyyətləri də, əməlləri də bəlli olduğuna görə, tövbə qapısının hələ də açıq olduğunu unutmamalıdırlar”, – məlumatda bildirilib.
APA həmin şəxslərin kimliyinə də eyham vurub.
“Ramiz Mehdiyevin yaxın ətrafında olub, onun fikirdaşı qismində tanınanlar arasında sabiq XİN rəhbəri Elmar Məmmədyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev, özünü “hakimiyyətin bolşeviki” hesab edən, vaxtilə AXCP-nin gənclər təşkilatının fəalı olan Azər Qasımov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun müəyyən məqsədlər üçün Abxaziyaya pul ötürən qudası Cahangir Hacıyev, bu xəyanətkar şəbəkənin digər üzvləri tövbə edib, aidiyyəti yerdə sədaqət andı içməlidirlər.
Əlbəttə ki, Ramiz Mehdiyevin “qara kassası” Ziya Məmmədov da kənarda qalmamalıdır. Yeri gəlmişkən, Ziya Məmmədovun Göyçayda Mehdiyev üçün tikdirdiyi böyük villa hələ də yerində qalır. Elə bu şirin əlaqələrin nəticəsi idi ki, Ramiz Mehdiyev AMEA-ya gələndə ətrafına yığdığı “sadiqləri” arasında başda Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov dayanırdı. Elton Məmmədov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilmişdi və Ramiz Mehdiyev üçün rüşvət sxeminin qurulması, onun idarə edilməsi ilə məşğul olan əsas iki adamdan biri idi",-deyə məlumatda qeyd olunub.
12:15 / 10 Oktyabr 2026
7
12:10 / 10 Oktyabr 2026
18
11:51 / 10 Oktyabr 2026
70
11:45 / 10 Oktyabr 2026
59
11:33 / 10 Oktyabr 2026
75
11:26 / 10 Oktyabr 2026
1481
11:11 / 10 Oktyabr 2026
723
10:50 / 10 Oktyabr 2026
96
10:35 / 10 Oktyabr 2026
97
10:31 / 10 Oktyabr 2026
80
10:26 / 10 Oktyabr 2026
87
10:24 / 10 Oktyabr 2026
66
10:23 / 10 Oktyabr 2026
69
09:40 / 10 Oktyabr 2026
66
02:13 / 10 Oktyabr 2026
211
00:16 / 10 Oktyabr 2026
236
23:59 / 09 Oktyabr 2026
179
23:57 / 09 Oktyabr 2026
2263
23:54 / 09 Oktyabr 2026
1658
23:51 / 09 Oktyabr 2026
236
23:49 / 09 Oktyabr 2026
118
23:44 / 09 Oktyabr 2026
164
23:39 / 09 Oktyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.