59 yaşlı kişi həyətində iş görərkən öldü
10 Avqust 2026, 14:22
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
959
16.10.2025, 14:21
Rəsulun narkotik vasitə qəbul etdiyini və planlaşdırdığı cinayəti başa çatdırmaq üçün əlverişli şərait yarandığını görüb, istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla ardıcıl zərbələr vuraraq onu qəsdən öldürüb. Daha sonra Rəsula məxsus evin açarını götürüb. Pirşağıya gedərək parnik, istixana üçün salafan alıb. Salafanı ona görə alıb ki, meyit qoxmasın. Meyiti salafan torbaya bükərək evin həyətində sanitar qovşağın yanına aparıb. Oradakı gül kollarını çıxarıb, təxminən yarım metr dərinlikdə quyu qazıb. Rəsulun meyitini ora qoyaraq üstünü torpaqlayıb. Sonda dekorativ kolları və gülləri də yenidən meyitin üstünə əkib.
Onun geyim və digər əşyalarını yığıb, hissə-hissə zibilliyə atıb. Bunu etməkdə məqsədi, soruşan olsa, Rəsulun artıq burada yaşamadığını və evi satıb köçdüyünü demək olub. Rəsulu öldürdüyü evə, yəni icarəyə götürdüyü evə iki gün sonra anası istirahət üçün gələcəyindən meyitin qoxacağından qorxub. Anası gəldikdən sonra yenidən həyətə gəlib, görüb ki, qoxu gəlmir. Lakin anası iki gün sonra ona deyib ki, tualetin yaxınlığından qoxu gəlir, həm də qoxu gələn yerdən torpaq qalxıb. Orada nəsə var. Daha sonra Fuad Rəsulu basdırdığı həyətə qayıdıb, anasına həmin yeri göstərərək deyib ki, oradan tualetin borusu keçir və boru partladığından torpaq şişib və qoxu gəlir.
Anası evdən çıxandan sonra məsələnin belə qalmayacağını anlayıb. Düşünüb ki, meyit orada qaldığı halda kirayə qaldığı evi sahibinə təhvil versə, ev sahibi məsələni bilər. Odur ki, elə həmin axşam işə başlayıb. O, ifadəsində deyir ki, meyit qoxuduğuna görə onu ayıq başla hissələrə bölə bilməyəcəyini anlayır və əvvəlcə burundan narkotik vasitə qəbul edir. Daha sonra bıçaq və balta götürərək işə başlayır. Rəsulun artıq şişmiş meyitini basdırdığı yerdən çıxarır.
Gizli şəkildə həyətdən aparmaq üçün bıçaq və baltadan istifadə edərək bədəni hissələrə ayırıb. Hər iki bazu, bud və baldır sümüklərini hissələrə bölərək torbalara doldurub. Onları basdıracağı yeri də əvvəlcədən nəzərdə tutub. O, bir paket götürür, hissələrə ayırdığı meyitdən qaldıra biləcəyi qədərini paketə doldurur. 4 dəfə meyiti torpaqdan çıxardığı yerə qayıdaraq parçaları yaxınlıqda hasara alınmış boş sahəyə aparıb. Meyitin hissələrini orada qoşadaş hörülən yarımçıq tikilidə iki daşın arasına, yəni divarın içinə atıb.
Bundan sonra mərhuma məxsus 80 manat pulu, qızıldan olan protez dişləri, ümumi dəyəri 3.330 manat təşkil edən əşyaları və stul-stolu saytlara yerləşdirərək satıb. Bundan başqa, mərhumun daşınmaz əmlakını özünə məxsus kimi təqdim edib, evi alqı-satqı elan saytlarında yerləşdirib və adını qəsdən Vuqar kimi göstərib.
Müştəri Tural Mirzəliyevlə görüşüb, evin 23.000 manata satılmasına dair razılıq əldə edib. 2018-ci il oktyabrın 11-də vəfat etmiş anası Fərəngiz Mustafayevaya Rəsulu öldürüb basdırması, cinayətin izlərinin itirilməsi üçün sonuncunun evini satmalı olduğu barədə məlumat verib. Ev dövlət reyestrində qeydiyyatdan keçməməsi səbəbindən anası ilə Tural Mirzəliyevin arvadı 43 saylı notariat kontorunda 8 oktyabr 2016-cı il tarixdə 23.000 manat məbləğində müqavilə bağlayaraq faktiki olaraq alqı-satqının rəsmiləşdirilməsinə nail olub.
23:41 / 10 Avqust 2026
54
23:41 / 10 Avqust 2026
64
23:24 / 10 Avqust 2026
72
22:32 / 10 Avqust 2026
68
22:10 / 10 Avqust 2026
75
21:49 / 10 Avqust 2026
79
20:42 / 10 Avqust 2026
86
20:35 / 10 Avqust 2026
76
20:01 / 10 Avqust 2026
81
19:43 / 10 Avqust 2026
102
19:36 / 10 Avqust 2026
200
19:05 / 10 Avqust 2026
88
18:56 / 10 Avqust 2026
87
18:24 / 10 Avqust 2026
95
17:59 / 10 Avqust 2026
89
17:40 / 10 Avqust 2026
105
17:15 / 10 Avqust 2026
100
16:59 / 10 Avqust 2026
93
16:45 / 10 Avqust 2026
93
16:33 / 10 Avqust 2026
138
16:30 / 10 Avqust 2026
121
16:08 / 10 Avqust 2026
102
15:54 / 10 Avqust 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.