Qaynar xətt:

(+99450) 247 90 86

Bacı qardaşı bıçaqladı 

Bacı qardaşı bıçaqladı 

KRİMİNAL

638

31.08.2025, 10:00

Cəlilabadda bacı-qardaş arasında yaranan mübahisə qanla bitib.

Oxu24.com  xəbər verir ki, hadisə rayonun Adnalı kəndində baş verib.

Kənd sakinləri 1982-ci il təvəllüdlü Şəfəq Əsgərova ilə qardaşı 1979-cu il təvəllüdlü Nurəddin Əsgərov arasında mübahisə yaranıb.

Bu zaman Şəfəq Əsgərova bıçağa əl atıb və qardaşı N. Əsgərova iki bıçaq zərbəsi endirib.

Xəsarət alan N .Əsgərov ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Məlumata görə, bacı-qardaş arasında mübahisə tez-tez baş verirmiş.

Faktla bağlı araşdırma aparılır. (APA)