Qaynar xətt:

(+99450) 247 90 86

Parfiya Azərbaycan dövləti kimi  

Parfiya Azərbaycan dövləti kimi  

CƏMİYYƏT

35

14.08.2026, 10:28

 

Vətənimiz böyük, şanlı tarixə, zəngin dövlətçilik ənənələrinə, bol çeşidli mətbəxə, müxtəlif mənzərəli təbiətə, ayrı-ayrı iqlimlərə malikdir. Bu gün sizin diqqətinizə araşdırmaçı Əkbər N. Nəcəfin arxalandığı mənbələrə əsasən Parfiya imperiyasının Azərbaycan-Türk dövləti olduğunu əsaslandığacağam.

 

Qeyd edim ki, bunu edərkən "Parfiya orta dünyanın memarları" adlı əsərdən faydalanacağam. Yeri gəlmişkən, əsərin ikinci müəllifi də Rizvan Hüseynovdur. Maraqlıdır ki, əsərin qısa məzmunu öz amansızlığı, ədalətsizliyi ilə məşhur olan quldarlığı ard-arda sıradan çıxardan Türklərin köç hüquqları olmuşdur. Həm də ki, çoxallahlı təsəvvürü parçalayan və təkallahlı təsəvvürü inşa edən, həmçinin mifik dünyanın yerinə kitabi dinləri ucaldan yeni sivilizasiyanın qapılarını açır. Burada həmçinin Parfiya Xaqanlığı işıqlandırılır. Kitabımız Bakı şəhərində, Kosma Nəşriyyatı-2022, 328 səhifədən ibarətdir.

 

69-cu və 70-ci səhifələrdə yazılanlardan məlum olur ki, "Parfiya əyalətində yaşayan xalq parfiyalılar adlanırdı. E.ə. VI-V əsrlərə aid perscə kitabələrdə onlardan partkavalılar və ya partialılar şəklində bəhs edilir. Amma, mənbələrdə yer alan məlumatlar bu xalqın irani xalqlardan fərqliliyinə işarət edir. Kitabələrdə onlar bozqır süvariləri geyimində təsvir olunublar." Göründüyü kimi Parfiya əyalətində yaşayan xalqın Türk olması həqiqətini elə perscə yazılan mənbələr də təsdiq edir. Ən mühümü də onların irani olmamasıdır.

 

70-ci səhifədə isə qeyd edilib ki, "Parn adı qrabarca mənbələri nəzərə aldığımızda baran (parn/paran/baran) adının irani dillərdəki tələffüzündən irəli gəlir. Məlum olduğu kimi qədim Türk dilində baran-qoç, qoyun deməkdir. Bəzi part xaqanlarının sikkəsində qoyun başı, qoç buynuzunun yer alması parnların baran tayfası olduğu fikrini gücləndirir." Olduqca maraqlı faktdır. Baran anlayışının qədim Türk dilində qoç, qoyun olması faktı gələcəkdə qurulacaq, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinə də işarə edir.

 

70-ci və 71-ci səhifələrində daha bir maraqlı məqam isə budur. "Part xaqanları arsak titulu daşıyırdı. Bəzi mənbələrdə part xaqanlarının öz soylarının Pers hökmdarı II Artakserksa (e.ə.404-358) bağladıqları qeyd olunur. Buna əsaslanan bir sıra tədqiqatçılar arsak adının imperator II Artakserkstan gəldiyini iddia ediblər. Amma, bu iddianın part xaqanlarının Selevki ölkəsindəki hakimiyyətlərini qanunlaşdırmaq məqsədi ilə yarandığına şübhə yoxdur. Partlar haqqında böyük elmi əsərə imza atan Ravlinsona görə partlar köçəri xalq olub, turanlı idilər. Ravlinson onların həyat tərzini və xüsusiyyətlərini türkmənlərə oxşadıb. Avropalı tədqiqatçılar arasında B.G.Nienbuhr və B.J.Keall partların köçəri xalq olduqlarını, bu xüsusiyyətlərini qoruduqlarını və öz ordularını Orta Asiya türk köçərilərindən təşkil etdiklərini qeyd edirlər." Anlaşılan budur ki, iki maraqlı faktlar var. Birincisi part xaqanlarının arsak titulunu mənimsəmələridir. İkincisi isə partların turanlı köçəri xalq olduqları bildirilir.

 

71-ci səhifədə çox maraqlı məqama toxunulub. "P.Vilkoksun iddiasına görə, partlar İran torpaqlarını sonradan istila edən xalq olmayıb, qədim dövrdən etibarən həmin coğrafiyada məskunlaşmışdılar. Bunu Pers ordusunda part geyimli əsgərlərin varlığı sübut edir. Vilkoks parn tayfası ilə Parfiya əyalətində yaşayan parfiyalıları eyniləşdirmişdi." Gördüyünüz kimi partların İran torpaqlarının yerlisi olmaları və parn tayfası ilə parfiyalıların eyni olmaqları böyük maraq doğurur. Deməli, Azərbaycan tarixşünaslığında yeni-yeni müstəqillik meyilləri müşahidə olunmuş, altay nəzəriyyəsinin çökməkdə olduğunu göstərir.

 

72-ci səhifədə də maraqlı məqamların olması da olduqca əhəmiyyətlidir. "Part xaqanlarının daşıdığı arsak titulunun ən doğru açıqlaması qədim Türkcə izah edilir. Belə ki, Türk dilində arsak (ar-sak/ər-sak) sak bəyi (əri,igidi,kişisi) mənasına gəlir. Bu ad partların bir çox hökmdarlarının adında (Artaban-ər daban) da əks olunub. Ayrıca, Ravlinsonun da qeyd etdiyi kimi part hökmdarlarının çoxunun adının irani dillərdə izahını tapmaq mümkün deyildir. Bundan başqa, Ora Pers dövrünə aid yazılı bir mənbədə Arsakın Part qəhrəmanı adlandırılması, onun adının mənasının igid, qəhrəman olduğuna işarədir." Burada arsak sözünün mənasını açıqlayıb. Və bunu edərkən, elmin linqvistika qolundan istifadə edilmişdir. Eyni qayda ilə Artaban adına da həll edilir.

 

72-ci və 73-cü səhifələrdə diqqət çəkən məsələ aydınlanır. "Müasir İran tarixşünaslığında partlar Pəhləvilər adı ilə tədqiq olunur və onların fars kimliyi daşıdığı, farsca (pəhləvicə) danışdıqları iddia edilir. Amma, bu iddialar mənbələr tərəfindən doğrulanmır. Part adı ilə pəhləvi adı arasında əlaqəyə gəlincə, bu iddia özünü doğrultmur. Pəhləvi adının qədim Türkcə payqavi adından yarandığı məlumdur. Firdovsinin Şahnamə əsərinin ilk nüsxələrində pəhləvi adı payqavi olaraq, qeyd olunur. Alman şərqşünas C.C.Tavadia bu adı Türkcə hökmdar titulu olan bayqunun ilk forması hesab edib. Türkmən əsilli tarixçi-alim S.Q.Ağacanov da payqavi-bayqu arasındakı diqqət çəkir. Pəhləvi adının part və ya parfiya adı ilə əlaqəsi olmadığı ortaya çıxır. Pəhləvi adı payqavi-bayqu mənasında qədim Türklərdə ala doğan cinsindən quş adı olub, Türk inanc sistemində onqon hesab edilirdi." Bildiyimiz kimi qədim Türklərdə İslam dininin qəbul etməzdən əvvəl müxtəlif onqon və totemlərə inanınırdılar. Bizdə ən məşhur totem börü yəni canavar sayılırdı. Bu öyrəndiyimiz məlumatlar işığında İran tarixşünaslığında nə qədər saxtakarlığa yol verildiyini müşahidə edirik. Part tarixini belə fars tarixi olaraq, öyrənməyə çalışırlar.

 

73-cü səhifədə İran zehniyyətinin saxtakarlığının ifşasını davam etdiririk. "Partların rəsmi dilinin pəhləvicə olduğu iddiası da təsdiqlənməyib. Misal üçün, part hökmdarlarının sikkələrinin yunanca həkk olunduğu məlumdur. Ayrıca, bu dövrə dair farsca heç bir rəsmi sənəd və mənbə günümüzə qədər gəlib çatmadığından bu iddialara şübhə ilə yanaşmaq lazımdır." Sizin diqqətinizə maraqlı bir məqamı çatdırmaq istərdim. Məsələn: Parr Xaqanlığını qurucusu olmuş I Arsakın kəsdirdiyi sikkələrdə qədim Türk dilində kaan yəni xan sözü həkk edilib.

 

73-cü səhifədə daha bir maraqlı faktı birlikdə nəzərdən keçirək. "Böyük İsgəndərin ortaya çıxması və Pers imperiyasına son qoyub, onun ərazilərini əlinə keçirdiyi tarixdə Qafqazda (xüsusilə də Araz çayından şimalda) və Orta Asiyada (Amudərya-Sırdərya çaylarının şimalında) Avrasiya qitəsinin mərkəzi boyunca geniş ərazilər işquz xalqlarının nəzarəti altında idi. İsgəndərin Orta Asiyada işquzlarla müharibələri tarixdən bizə məlumdur. Belə ki, İsgəndər ilə işquz orduları Orta Asiyada bir neçə dəfə üz-üzə gəlmiş və bu müharibələr işquzların məğlubiyyəti ilə nəticələnmişdir." Böyük İsgəndərin kəsdirdiyi sikkələrdə Qayı tayfasının damğası olub. Başqa fakt isə işquz anlayışının İç Oğuz mənasını verməkdədir.

 

73-cü səhifədə gözəl məqama birlikdə toxunacağıq. "İsgəndər ilə işquzların müharibəsi daha sonra Türk və Şərq xalqları arasında məşhur yəcüc-məcüc əfsanəsinin və İsgəndər tərəfindən Dərbənd qapılarının inşası haqqındakı rəvayətlərin yaranmasına səbəb oldu." Yəcüc-məcüc məsələsini Türklərə aid edilməsi çox böyük ikrah doğurur.

 

73-cü və 74-cü səhifələrində düşərli gediş edəcəyəm. "Part xaqanlığının qurucuları parn-baran boyları təqribən e.ə. IV əsrdə Şimali Qafqazdan Xəzər dənizinin şimalı ilə hərəkət edib, indiki Türkmənistanın Dehistan və Balxan dağları ətrafına gəlib, yerləşmişdilər. Mənbələr e.ə. 280-ci ildə parn tayfalarının da arasında yer aldığı, Daha ittifaqına tabe boyların Selevkilərə aid Mərv və Herata hücum etdiklərini və bu şəhərləri dağıtdıqlarını qeyd edirlər. Daha tayfalarının Orta Asiyada qalan hissəsinin Yüe-çilərin hakimiyyəti altına girdiklərini nəzərə alsaq, bunların öz yurdlarından junqlar və ya yüe-çilər tərəfindən qovulub çıxarıldıqları ehtimal olunur. Deməli, hunların təzyiqi ilə yurdlarından qovulan junq və Yüe-çilərin partların torpaqlarını istilası onların Xorasan və İrana köçməsinə səbəb olmuşdu." Qeyd etdiyim, faktlar olduqca əhəmiyyətlidir. Parn tayfalarının dövlət qurmazdan əvvəlki inkişaf yolunu göstərir.

MÜƏLLİF: CEYHUN VEDİLİ