Ağır qəzada həlak olan İKİ DOST
03 Noyabr 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
322
14.08.2026, 10:37
Gəncə Şəhər Məhkəməsində buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
azedu.az xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxslər vəsatət verərək, kursda dərs deyən müəllimlərlə bağlı intizam tədbirinin görülməsini məhkəmədən istəyiblər.
Məhkəmə tərkibi Vergilər Nazirliyinə təqsirləndirilənlərdən Gündüz Abbasovun vəzifəli şəxs olub-olmaması barədə sorğu göndərilməsi barədə qərar qəbul edib.
Daha sonra təqsirləndirilən Kamran Əsədov barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edib.
Təqsirləndirilən K.Əsədovun hüquqlarını müdafiə edən vəkil Bəxtiyar Muradov bir neçə xəbər saytında məhkəmə prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılmasını deyib və məhkəmədən bununla bağlı tədbir görməsini xahiş edib.
Məhkəmə vəsatətlərə növbəti prosesdə münasibət bildiriləcəyini deyib və iclas 20 avqusta təyin olunub.
Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib. Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.